Ölkə başçısının “cihaz”ı xarab olub

Ölkə başçısının “cihaz”ı xarab olub

Təəssüflər olsun ki, Azərbaycanda istənilən sahəni tərpədəndə ətrafa “qan” sıçrayır.  Yəni, bütün sahələr yaralı vəziyyətdədir və bu yaranın sağlaması üçün heç bir addım atılımır. Təhsil, səhiyyə, iqtisadiyyat, elm, hüquq sistemi iflasa uğrayıb. Amma hökumət israrla sübut etməyə çalışır ki, bütün sahələr sağlamdır. Ölkə başçısı isə yüksək rəqəmlərə istinad etməyə xüsusilə maraq göstərir. Məsələn, ölkə başçsıının dediyinə görə ölkədə işsizlik 5 faiz həddindədir, əhalinin 97 faizi sağlamdır, ölkədə 1.3 milyon daimi iş yeri açılıb, iqtisadi inkişaf tempinə görə dünyada birinciyik və.s  Savadlılıqla bağlı isə ölkə başçısı ümumiyyətlə rəqiblərə meydan buraxmır. Deyir ki, ölkədə savadlılıq dərəcəsi 100 faizdir. Və bu rəqəmi bütün tədbirlərdə təkrarlamqdan yorulmur.  Amma Azərbaycan reallığı, statistik rəqəmlər də göstərir ki, ölkə başçısının “cihaz”ı xarab olur. Çünki, bütün başqa cihazlar savadsızlığı göstərir. Təkcə imtahan nəticələri göstərir ki, Azərbaycan təhsilinə ağlamaq lazımdır. Təhsil sistemindəki korrupsiya, təhsil verənlərin dilənçi maaşına möhtac edilməsi, təhsil haqlarının kəllə-çarxa çıxması çox şeyi təsdiqləyir.

Bugünlərdə isə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yeni rəqəmlər səsləndirdi və İlham Əliyevin 100 faizlik tapıntısını inkar etdi. Məleykə Abbaszadə bildirib ki, Azərbaycanın bəzi rayonlarında qızlar 9-cu sinfədək təhsil ala bilmirlər: “Bəzi rayonlarda məzunların 60 faizindən çoxu oğlandır. Bu isə təbii amillərlə bağlı deyil. Bu, o deməkdir ki, qızlar 9-cu sinfə gəlib çatmayıblar. Müəyyən rayonlarda isə oğlan məzunların sayı 48 faizdən azdır. Bu, o deməkdir ki, oğlanlar 13-14 yaşlarından təsərrüfat işlərinə və s. cəlb olunur və artıq 9-cu sinfə gəlib çatmırlar. İcbari təhsil başa çatdıqdan sonra 9-cu sinfi bitirən məzunların 30-35 faizi təhsilini davam etdirmir. Onlar kolleclərə qəbul üçün sənəd vermirlər. Ən yaxşı halda əmək fəaliyyətinə başlayır, ən pis halda isə işsiz olurlar. Çünki peşələri də yoxdur”- deyə Məleykə Abbaszadə bildirib.

Göründüyü kimi Əliyevin “100 faizlik savadlılıq” tapıntısından əsər-əlamət yoxdur. Yaxşı olar ki, ölkə başçısı öz ölçü cihazını Məleykə Abbaszadəyə  göstərsin. Yoxsa, Azərbaycanda savadlılıq dərəcəsi bütün normaları aşıb keçəcək. İndiki halda ölkə başçısının qənaəti savadsızlıq dərəcəsinə daha çox uyğun gəlir. Bütün bunları isə müxalifətçilər yox, statistik rəqəmlər, məsul şəxslər təsdiqləyir

>
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • Məleykə Abbaszadə riyaziyyatın tədrisində olan
  • Metropolitendə 200-dən artıq işçi ixtisar olunub.
  • “Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla
  • Mikayıl Cabbarova necə vergi verildi?
  • Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov
  • Analoqsuz kadr təyinatları
  • Azərbaycan səhiyyəsinin vəziyyəti
  • Saytların bloklanması məhkəməsi yenə təxirə
  • Əliyevlərin pomidor biznesi