Əli Kərimli hakimiyyəti girovları azad etməyə çağırdı

Əli Kərimli hakimiyyəti girovları azad etməyə çağırdı

AXCP sədri Əli Kərimli feysbuk səhifəsində partiya rəhbərliyinə qarşı repressiyadan və onun doğurduğu nəticələrdən yazıb. Yazını təqdim edirik:

Müavinlərimi girovluqdan azad edin! Hədsiz təzyiqlərə baxmayaraq ard-arda keçirdiyimiz 3 izdihamlı mitinqin hökumətə daha bir mesajı da o idi ki, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlını azad edin. Onların həbsdə saxlanması artıq sizə heç nə vermir.

2014-15-ci illərdə Fuad bəy, Fuad bəyin həbsindən sonra isə Gözəl xanım Milli Şuranın Mitinq Komitəsinə rəhbərlik ediblər. Məhz ona görə də həbs olunublar.

İndi ki, gördünüz, nəinki Mitinq Komitəmizin üzvləri Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Seymur Həzi, Asif Yusifli və Məmməd İbrahimin, hətta komitənin ikinci tərkibinin də həbsdə olduğu şəraitdə biz ardıcıl və izdihamlı mitinqlər keçirdik. Deməli, mitinqləri ayrı-ayrı funksionerlər deyil, ciddi təşkilati struktura malik olan müxalifət təşkil edir. Girovlarımızı azad edin!

>
  • Hüquqi qəbristanlıqdan qalxan üfunət iyi..
  • Paytaxtda uçub-sökülən məktəb binası
  • Rejimdən Azərbaycan gəncliyinə göz dağı
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • Azərbaycanda hər 3 nəfərdən 1-i işsizdir!!!Dəhşət
  • Məleykə Abbaszadə riyaziyyatın tədrisində olan
  • Metropolitendə 200-dən artıq işçi ixtisar olunub.
  • “Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla
  • Azərbaycan korrupsionerlərinin ifşası ilə bağlı
  • Ağdamın icra başçısı dələduzluğa görə istintaqda