Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov

Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov

«Kanal 13» internet televiziyasının icraçı direktoru Əziz Orucova 7 il həbs cəzası istənilib. Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində ittihamı müdafiə edən prokuror Ramin Nağdəliyev bu təkliflə çıxış edib.

Prokuror deyib ki, Ə.Orucova CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə verilmiş ittiham məhkəmədə sübuta yetirilib. Jurnalist Ədliyyə Nazirliyində qeydə alınmamış qrant vəsaitləri ilə layihə həyata keçirməkdə suçlanır.

Prokurorun çıxışından sonra Ə.Orucovun vəkilləri müdafiə nitqinə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası müdafiəçilərə dekabrın 12-nə qədər vaxt verib.

>
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • Məleykə Abbaszadə riyaziyyatın tədrisində olan
  • Metropolitendə 200-dən artıq işçi ixtisar olunub.
  • “Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla
  • Mikayıl Cabbarova necə vergi verildi?
  • Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov
  • Analoqsuz kadr təyinatları
  • Azərbaycan səhiyyəsinin vəziyyəti
  • Saytların bloklanması məhkəməsi yenə təxirə
  • Əliyevlərin pomidor biznesi