2018 seçki ili olmaya da bilər

2018 seçki ili olmaya da bilər

Seçki Məcəlləsinə ediləcək dəyişikliklər Milli Məclisin plenar iclasına çıxarılır. Məcəlləyə dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 6-da keçiriən iclasında müzakirə ediləcək.

Gözlənilən dəyişikliklər çox olsa da(19 maddəyə dəyişiklik), onların arasında diqqəti çəkən 73-1-ci, 179-cu və 187-ci maddələrdir. Görünür, konstitusiyaya dəyişikliklərdə olduğu kimi maddə çoxluğu baş qatmaq üçündür. Keçirmək istədikləri maddəni və ya maddələri başqa maddələrin içində əritmək üçün böyük dəyişikliklər görüntüsü yaradırlar. Diqqəti çəkən 3 maddəyə baxaq:

Maddə 73-1. Namizədin namizədlik statusundan imtina etməsi

73-1.1. İrəli sürülmüş namizəd müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək, namizəd olmağa razılığı barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Bu cür yazılı xəbərdarlıq geri götürülmür.

73-1.2. Qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Belə ərizə geri götürülə bilməz. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul edir. Qeydə alınmış namizəd öz namizədliyini bu Məcəllənin 73.3-cü maddəsində göstərilən məcburedici əsas olmadan geri götürürsə, müvafiq seçki komissiyası büdcədən ona verilmiş vəsaiti geri almalıdır.

73-1.3. Qeydə alınmış namizədin öz namizədliyini geri götürməsinə məcburedici əsas, habelə siyasi partiyanın, siyasi partiyalar blokunun qeydə alınmış namizədini geri çağırmasına məcburedici əsas dedikdə, qeydə alınmış namizədin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq tibbi ekspertiza orqanı tərəfindən təsdiqlənmiş ağır xəstəliyi və ya iştirakını mümkünsüz edən səbəblər nəticəsində namizədin seçki kampaniyası dövründə sağlamlığının pozulması başa düşülür.

73-1.4. Namizədin öz namizədliyini geri götürməsi haqqında məlumat mərkəzi, dairə və məntəqə seçki komissiyalarının bu Məcəllənin 98.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirilir.

Maddə 179. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi

179.1. Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallarda Prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, növbədənkənar Prezident seçkiləri keçirilir. Bu hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir.

179.2. Konstitusiyanın 104-cü və 107-ci maddələrinə əsasən Konstitusiya Məhkəməsinin və ya Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarının qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 3 ay ərzində keçirilir.

187-ci maddə isə növbədənkənar Prezident seçkilərinin keçirilməsini nəzərdə tutur.

 Maddə 187. Prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi

Prezidentliyə namizədlərin namizədlik statusundan imtina etməsi bu Məcəllənin 73-cü maddəsi ilə tənzimlənir.

Dəyişikliklərin nədən ibarət olduğunu bilmirik. Qanunlara dəyişikliklər heç vaxt ictimaiyyətin müzakirəsinə verilmir.Həmişə olduğu kimi dəyişikliklərdən yalnız müzakirələrdən, ya da dəyişikliklər Milli Məclisdə qəbul edildikdən sonra xəbər tuturuq. Çox güman ki, dəyişikliklər prezident seçkisi ilə bağlı olacaq. Ola bilsin köhnə nomenklatura prezident dəyişikliyini həzm etməyə hazır deyil. Onlar qanunu dəyişib köhnə prezidentin hakimiyyətinin ömrünü bir qədər də uzatmağa qərar verə bilərlər. Dəyişikliklər bir çoxlarının 2018 planının üstündən xətt çəkə də bilər. 2018 gəlməmiş, il sona çatmamış belə bir dəyişikliklərə gedilməsi həm də hakim komandada ciddi problemlərin olduğunun göstəricisidir.

Qanun layihəsinin parlamentin dekabrın 15-də keçiriləcək iclasında müzakirəsi gözlənilir. Seçki Məcəlləsinin 3-cü (Ümumi seçki hüququ), 25-ci (Mərkəzi Seçki Komissiyasının vəzifələri), 31-ci (Dairə seçki komissiyasının vəzifələri), 42-ci(Müşahidəçilərin hüquq və vəzifələri), 47-ci (Vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahısından çıxarılması qaydası), 59-cu (İmza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün seçki komissiyalarında yoxlanılması), 73-1-ci (Namizədin namizədlik statusundan imtina etməsi), 100-cü (Seçki komissiyalarının səsvermə protokolları), 103-cü (Seçki qutuları), 104-cü (Səsvermə qaydası), 105-ci (Səsvermə otağından kənarda səsvermə), 106-cı (Seçki məntəqəsində səslərin hesablanması), 173-cü (Milli Məclisə seçilmiş deputatların qeydə alınması), 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi), 176-cı (Milli Məclisə seçkilər zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi), 179-cu (Növbədənkənar Prezident seçkilərinin keçirilməsi), 187-ci (Prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi), 212-ci (Bələdiyyələrə üzv seçilmək hüququ), 221-ci (Bələdiyyə üzvlüyünə namizədlərin namizədlik statusundan imtina etməsi) və.s maddəllərində dəyişikliklər edilir.

Yeri gəlmişkən, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bu ilin yayında saytlardan birinə açıqlamasında Seçki Məcəlləsinə dəyişikliyə ehtiyac olmadığını demişdi: “Mən düşünürəm ki, hər hansı bir dəyişikliyə ehtiyac yoxdur. 2018-ci ildə keçiriləcək prezident seçkilərinə isə çox vaxt var”.

Maraqlıdır, Seçki Məcəlləsi Milli Məclisdə müzakirəyə çıxarılanda Siyavuş Novruzov dəyişikliklərin zəruri olduğunu hansı arqumentlərlə əsaslandıracaq?

Zaman göstərəcək.

>
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • Məleykə Abbaszadə riyaziyyatın tədrisində olan
  • Metropolitendə 200-dən artıq işçi ixtisar olunub.
  • “Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla
  • Mikayıl Cabbarova necə vergi verildi?
  • Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov
  • Analoqsuz kadr təyinatları
  • Azərbaycan səhiyyəsinin vəziyyəti
  • Saytların bloklanması məhkəməsi yenə təxirə
  • Əliyevlərin pomidor biznesi