Metropolitendə 200-dən artıq işçi ixtisar olunub. TAM VİDEO

Metropolitendə 200-dən artıq işçi ixtisar olunub. TAM VİDEO

İşdən çıxarılanlar aksiya keçirib

Bu ilin yayında azadliq.infoya daxil olan məlumatda bildirilirdi ki, “Bakı Metropoliteni” QSC-də yeni ixtisarlar gözlənilir.  “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun imzaladığı  əmrin surəti də redaksiyamıza göndərilmişdi.

Əmrə əsasən yaradılacaq yeni strukturun sxemində 1 saylı və 2 saylı Tunel və Əsaslı Tikinti dəstəsi yaradılması nəzərdə tutulurdu.  Əvvəllər isə 4 Tunel və Əsaslı Tikinti dəstəsi mövcud olub. Əmrdən aydın görünürdü ki, təmir tikinti sahəsində işləyən azı 500 işçi ixtisar olunacaq.

Artıq fakt təsdiqlənib. İxtisar olunan işçilərin 200 nəfərdən artığının adı bəlli olub. İşini itirən bir qrup bu gün “Bakı Metropoliteni” QSC-nin  “Elmlər Akademiyası” metrostansiyasında yerləşən inzibati binasının qarşısında aksiya keçirib. Etiraz bildirən aksiyaçıların əksəriyyəti gənclər olub. Onların deməsinə görə ixtisar olunma səbəbi kimi, böhranın olması, maliyyə azlığına görə tikinti işlərinin dayandırılması bildirilir. Etiraz aksiyasında iştirak edən çıxışçılar bunun  Metronun 50 illik yubileyi ilə əlaqədar İlham Əliyevin çıxışındakı fikirlərlə ziddiyyət təşkil etdiyini də xatırladıb.

Etiraz edənlər ixtisar prosesində qohumbazlıq və yerliçilik prinsiplərinin əsas götürülməsindən də danışıblar. Əsasən sözünü deyə biləcək, haqsızlığa etiraz edənlərin peşəkarlığı və ailə vəziyyətləri nəzərə alınmadan ixtisar edildiyi bildirilir.

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Bu təzyiqlər hələ də davam etməkdədir.
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt