“Azadlıq” qəzetini susdurmaq heç kimə nəsib olmayacaq!

“Azadlıq” qəzetini susdurmaq heç kimə nəsib olmayacaq!

Nəsimi Məmmədli

“Azadlıq” qəzeti 28 il öncə nəşrə başlayanda əsas qayəsi vətəndaşlarımızı, xüsusən də gəncliyimizi milli azadlıq ideyalarına, torpaqlarımızın bütövlüyünə, milli kimliyimizə və demokratik cəmiyyətə istiqamətləndirən bir mayaka çevrilmişdi.

Milli Azadlıq Hərəkatından doğan və milyonlarla insanı müstəqilliyimizin bərpası hədəfinə istiqamətləndirməyə xidmət göstərmiş bu qəzet çağdaş mətbuat tariximizə ən çox tirajlı, güvənilən, sevilən və peşəkar kollektivi olan bir qəzet kimi damğasını vurub!

Hazırda “Azadlıq” qəzetinin çapına süni əngəl yaradılsa da ən çətin şərtlər altında yenə də söz və ifadə azadlığının qorunmasında, insan hüquqlarının müdafiəsində, siyasi azadlıqların təbliğində və cəmiyyətin demokratikləşməsində usanmadan xidmət göstərən nəhəng mənəvi qala kimi qalmaqdadır!

“Azadlq” qəzetinə birbaşa rəsmi bağlılığım olmasa da, daim onun oxucusu və təbliğatçısı olmuşam. Qəzetin ildönümü münasibətilə fədakar kollektivini səmimi qəlbdən təbrik edir və uğurlar arzulayıram. Mərhum baş redaktoru Nəcəf Nəcəfova və dünyasını dəyişən digər əməkdaşlarına Allahdan rəhmət diləyir, qodarma ittihamlarla həbs edilmiş jurnalistlərinə azadlıq arzulayıram. Ölkəmizin çağdaş mətbuat tarixinə adını qızıl hərflərlə yazan bu qəzeti susdurmaq kimsəyə nəsib olmayacaq!

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Bu təzyiqlər hələ də davam etməkdədir.
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt