“Azadlıq” azad jurnalistika məktəbidir

“Azadlıq” azad jurnalistika məktəbidir

AXCP sədri Əli Kərimli “Azadlıq” qəzetinin kollektivini qəzetin 28 yaşının tamam olması münasibətilə təbrik edib:

“Artıq 15 aydır ki, rejim “Azadlıq” qəzetinin çapına imkan vermir. 9 aydır ki, Azərbaycandan qəzetin saytına giriş də qadağan edilib. Lakin “Azadlıq” yenə də yaşayır. Həm də təkcə mənən, oxucularının qəlbində yox.Mübariz kollektiv qəzeti həm də fiziki olaraq, elektron versiyasında yaşadır. Qəzet çap olunmur, pul qazanmır, saytı bloklandığından oxucu auditoriyası da xeyli azalıb. Ancaq kollektiv qəzetin saytı və sosial şəbəkə hesabları vasitəsilə fəaliyyətini davam etdirir, alternativ fikri yayır, rejimin yalanlarını ifşa edən həqiqətləri tirajlayır. Və oxucusuna – böyük auditoriyasına qayıdacağına inamını itirmir.
Biz də inanırıq ki, “Azadlıq” yenidən qəzet formatında köşklәrә qayıdacaq. Ölkəmizdə qadağalar götürüləcək, Azərbaycanımıza bütün mənalarda Azadlıq gələcək. Elə bu ümidlə də “Azadlıq” qəzetinin 28 yaşını təbrik edirəm. “Azadlıq” qəzetinin qurulmasında, həm də sağlam təməl üzərində qurulmasında müstəsna xidmətləri olmuş, 20-ci əsrin böyük demokratları Əbülfəz Elçibəyi vә qəzetin qurucu redaktoru Nəcəf Nəcəfovu rəhmətlə anıram. Uzun illər ərzində qəzeti, indi isə qəzetin saytını bu çətin şəraitdə qoruyub saxlaya bilmiş, üstəlik “Azərbaycan saatı”nı, TuranTV-ni də yaratmış Qənimət Zahid başda olmaqla, hazırkı kollektivi təbrik edirəm. Qəzetin hazırda həbsdə olan əməkdaşları – siyasət şöbəsinin müdiri Seymur Həzini, bölgə müxbiri Elçin İsmayıllını, bölgə müxbiri, bu gün qəzetin özü kimi ad gününü məhbəsdə keçirən Ziya Əsədlini xüsusilə təbrik edirəm. “Azadlıq” təkcə qəzet deyil, həm də azad jurnalistika məktəbidir, bu məktəbdən keçmiş, qəzetdə xidmətləri olmuş, bu Azadlıq səlnaməsinin ərsəyə gəlməsində, bütün maneələri aşaraq yaşamasında rolu olan hər kəsi təbrik edirəm.
Xalqımıza isə Azadlığın bütün mənalarda möhtəşəm qayıdışını arzulayıram!”

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Bu təzyiqlər hələ də davam etməkdədir.
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt