Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi önəmli deyil…”

Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi önəmli deyil…”

“Həbsim İlham Əliyevlə razılaşdırılıb…”

AXCP sədrinin müavini Gözəl Bayramlı deyir ki, birbaşa dövlət başçısı İlham Əliyevin razılığı ilə onun həbsi üçün əməliyyat planı qurulub və həyata keçirilib. Amma nəzərə alınmayıb ki, həbs onu mübarizədən çəkindirə bilməz. Bütün bunları Gözəl Bayramlı bu gün Qazax Rayon Məhkəməsində ifadə verərkən bəyan edib.

Qazax Rayon Məhkəməsində hakim Ağarza Səmədovun sədrliyi ilə keçirilən prosesdəG.Bayramlının vəkili Elçin Sadıqov hal şahidi Atlas Əmirxanova ilə bağlı vəsatət qaldırıb. Əmirxanovanın adı hal şahidi kimi keçsə də, G.Bayramlı deyir ki, yol yoldaşı Almaz Rəhimova ilə birlikdə Gürcüstandan qayıdarkən Qazaxdakı “Sınıq körpü” buraxılış məntəqəsindən keçəndə Əmirxanova onların arxasınca gəlirdi. Amma iş materiallarında belə rəsmiləşdirilib ki, guya, gömrük əməkdaşları Əmirxanovanı kənardan çağırıblar, ona axtarışa şahidlik eləməyi təklif ediblər, o da razılaşıb.

Ona görə də vəkil Atlas Əmirxanovanın sərhədi Azərbaycandan Gürcüstana və əksinənə vaxt keçdiyinin müəyyənləşdirilməsi üçün Dövlət Sərhəd Xidmətinə sorğu göndərilməsi haqda vəsatət qaldırıb. Amma vəsatət təmin olunmayıb.

“Xəbərim yoxdur”

Ardınca ittiham tərəfinin dindirilməmiş sonuncu şahidi Fəxri Əlizadə ifadə verib. O bildirib ki, Gömrük İdarəsində nəzarətçi işləyir. Hadisə günü – mayın 25-də gömrük-keçid məntəqəsindəki monitorun arxasında olan gömrük əməkdaşı Alidə Əzizova ondan bir müddət onu əvəzləməyi xahiş edib: “Dedi ki, bir vətəndaşı yoxlamalıdır, gəlib həmin müddətdə onun  əvəzinə monitor arxasına keçim. Mən də gəlib əvəz elədim. O, xüsusi yoxlama otağına keçdi. Bu müddətdə bir yaşlı qadın keçirdi (Almaz Rəhimovanı nəzərdə tutur-red.), soruşdu ki, “mənim yol yoldaşım necə oldu?” Cavab verdim ki, bilmirəm. Bir müddət sonra xəbər gəldi ki, üzərində yoxlama aparılan adamdan pul tapılıb. Həmin qadına da dedim ki, qaçaqmalçılıq məsələsi ilə əlaqədar saxlanılıb. Qadın getdi. Bir xeyli keçəndən sonra Alidə Əzizova yerinə qayıtdı, mən dəöz işimin arxasınca getdim. Orada baş verənlərdən başqa hadisələrdən xəbərim yoxdur”.

“Mənə həbs olunacağım haqda xəbərdarlıq eləmişdilər”

Şahidin dindirməsindən sonra Gözəl Bayramlı ifadə verib. İfadəsinə də ona dəstək verənlərə təşəkkürünü bildirməklə başlayıb. G.Bayramlı Cəmil Həsənlinin rəhbərliyi altında Milli Şuranın Koordinasiya MərkəzinəƏli Kərimlinin rəhbərliyi altında AXCP üzvlərinə, müstəqil mətbuata və beynəlxalq təşkilatlara minnətdarlığını ifadə edib. Həbsinin sifarişli olduğunu deyən AXCP sədrinin müavini bildirib ki, ona gələ 2016-cı ilin oktyabrında xəbərdarlıq olunmuşdu: “2016-cı ilin oktyabrında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılanda orada mənə həbs olunacağımı demişdilər. Məni orada istintaq idarəsinin rəisi Canpolad Daanov, Teymur adlı rəis müavini dövləəleyhinə çıxışlarda ittiham etdi. Onlara cavab verdim ki, mənim çıxışlarım dövləəleyhinə deyil, qanunları saymayan hakimiyyətin əleyhinədir. Mən hakimiyyəti tənqid edirəm. Məni siyasi məhbusları, xüsusən dindar məhbusları müdafiə etməkdə ittiham elədilər. Xəbərdarlıq elədilər ki, geri çəkilməsən, həbs olunacaqsan.

Daha sonra oktyabrın 28-də mənə açıq nömrədən təhdid xarakterli zənglər gəlməyəbaşladı. Zənglərin kim tərəfindən edilməsi ilə bağlı araşdırmalar da nəticə verməmişdi. Hüquq-mühafizə orqanları bu məsələni araşdırmadı.

Mənim həbsimdən danışanda 2010-cu ildə olanları da nəzərdən qaçırmaq olmaz. Ona görə də həmin dövrə qayıtmaq istəyirəm…”

Əli Əhmədovun yalanlarını alt-üst elədim”

Hakim G.Bayramlının sözünü kəsərək, ondan ittihamın mahiyyəti haqda danışmağı tələb edib. G.Bayramlı bildirib ki, elə işin mahiyyətindən danışır. Xatırladıb ki, 2010-cu ilin parlament seçkilərində 19 saylı Nərimanov seçki dairəsindən namizəd olub. YAP-ın icra katibi Əli Əhmədov da həmin vaxt o dairədən namizəd olmaqla, onun rəqibi idi: “Həmin seçki kampaniyasındakı debatlarda konkret arqumentlərlə Əli Əhmədovun yalanlarını alt-üst eləmişdim. Hətta o vaxt seçicilər onunla görüşdən imtina etmişdi. Bundan sonra mənə qarşı qisasçılıq mövqeyi gücləndi. Bundan sonra 2011-ci ilin aprel mitinqlərində saxlanılıb, beş sutka inzibati həbs cəzası almışam. Daha sonra mitinqlərdə qolumdan xəsarət almışam. Hətta iştirak eləmədiyim mitinqəgörə məni 2000 manat cərimələmişdilər.

Bütün bu baş verənlərlə əlaqədar Avropa Məhkəməsinə üç şikayətim göndərilib vəhəmin şikayətlər üzrə qərar çıxarılıb. Avropa Məhkəməsi mənə pozulmuş hüquqlarıma görə 30 mindən artıq kompensasiya ödənilməsi haqda qərar verib. Mənim həbsim həm də buna görə məndən qisas almaq məqsədi güdür.

“Qaranlıq dəhlizdə bir nəfəəlini uzadıb dedi ki…”

İşin mahiyyətinə gəlincə, 2017-ci il mayın 13-də prezidentin köməkçisinin mirzəsi mətbuatda belə iddia irəli sürmüşdü ki, guya Gözəl Bayramlı, Əfqan Muxtarlı vədigərləri Gürcüstanda beynəlxalq təşkilatlarla görüşür, onlardan müxalifətin maliyyələşdirilməsi üçün pullar alıb gətirirlər. Bundan sonra mən müayinə üçün növbəti dəfə Gürcüstana mayın 24-də getdim. Onu da deyim ki, bundan əvvəl dörd dəfə Gürcüstanda əməliyyat olunmuşdum. 2014-cü ilin oktyabrından bəri dəfələrləGürcüstanda olmuşam. Artrid, çənə artriozu xəstəliyindəəziyyət çəkirəm. 2017-ci ilin yanvarında gedəndə demişdilər ki, martda gəlməlisən. İmkansızlıq üzündən bir qədər yubatdım. Dostlardan bəzilərinin işi üzrə Avropa Məhkəməsinin qərarı çıxdı, ödənilən kompensasiyadan onlardan borc alıb getdim. Həmin gün Gürcüstanda olanda orada izləndiyimi hiss elədim. Almaz xanımla mən məcburən xəstəxananın otelində qalası olduq. Orada qonşu otaqdakı iki nəfərin bizi izlədiyinin şahidi olduq. Onların bundan əvvəl də bizi izlədiklərini görmüşdüm, yadda saxlamışdım. Orada da dedim ki, kameralardan bu adamların görüntülərini çıxarın, bizi izləyirlər. Sonra biz reseptlər üzrə dərmanları aldıq, Almaz xanımla mağazaya getdik, ayaqqabılar aldıq. Qayıdanda da pasport yoxlama məntəqəsinə Almaz xanımla birlikdə daxil olduq. Biz ora çatanda dedilər ki, sistem işləmir. Mən də yarızarafat dedim ki, sisteminiz çöküb. Bir az keçəndən sonra dedilər ki, yaxınlaşa bilərsiz. Mən yaxınlaşanda dedilər ki, sənin pasportunda problem var, rəisin otağına getməliyik. Bizi dar dəhlizlə aparanda orada tikintidə istifadə üçün taxtalardan düzəldilmiş “kazyol” vardı. Gördüm ki, oralar çox çirklidir, dayandım. Qaranlıq yer idi. Həmin anda gördüm ki, bir nəfər “mən sənəkömək eləyim” deyib, əlini uzatdı və çantanın üzərinə nə isə atdı. Bundan sonra məni müşüyiət edən Anar Hüseynəliyev dedi ki, gəlin qayıdaq, əşyalarınızı gömrük nəzarətindən keçirməliyik. Mən həmin vaxt dərhal Əli Kərimliyə zəng edib, çantama nə isə atıldığını dedim. Bu zaman onlar mənə mane olmaq istəyirdilər. Buna baxmayaraq, sözümü deyə bildim.

“Həbsimdə rolu olanları mükafatlandırdılar”

Bundan sonra əşyalarımı monitordan keçirdilər. Monitor arxasında oturan AlidəƏzizova dedi ki, burada 12 min pul var. Dedim ki, saymamış qədərini hardan bildin? Oradan bir otağa apardılar, Sərhəd Xidmətinin təhqiqatçısına zəng elədilər. İki saast sonra gəlib çıxdı. Məlum oldu ki, oradakı kompüterdə yaza bilmir. Bir saatdan sonra Şəmkirdən onun kompüterini gətirdilər. Bundan sonra o, yazmağa başladı. Məndən ifadə alanda tələbim o oldu ki, evlə əlaqə saxlamağıma şərait yaradılsın, vəkillə təmin olunum. Artıq gec olduğuna görə qardaşıma zəng eləyə bilməzdim, çünki xəstədir. Ona görə AXCP Qadınlar Şurasının sədri Solmaz xanıma zəng elədim, hadisə haqda məlumat verdim. 10-15 dəqiqə keçəndən sonra DSX-nın müstəntiqi Mübariz Məmmədovdan zəng gəldi, əlaqə saxlamağıma imkan yaratdığına görə Anar Hüseynəliyevi hədələdi. O müddətdə gördüm ki, çayçı qadın, Alidə Əzizova, Almaz Rəhimova orada idi. Hal şahidi görməmişəm. Səhər 6-dan sonra Allahverdi Məmmədovun maşını ilə məni Şəmkirə, oradan da Bakıya gətirib, Səbail Rayon Məhkəməsində barəmdə həbs-qətimkan tədbiri seçdilər”.

G.Bayramlı ifadəsinin davamında bildirib ki, bu, Dövlət Sərhəd Xidmətinin xüsusi əməliyyatı idi, amma əməliyyatda bu qurumla yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti və Əks Kəşfiyyat Xidmətinin əməkdaşları da iştirak edib.

“Bu əməliyyatda iştirak edən üç nəfər gömrük və sərhəd xidməti işçilərinin üçü dəNaxçıvandandır. Mən ayrı-seçkilik eləmək istəmirəm. Naxşıvanlılara da hörmətim var. Əqidədaşlarım arasında da xeyli Naxçıvandan olanlar var. Məndə olan məlumata görə, onların üçü də DSX-nın rəisi Elçin Quliyevin yaxın adamlarıdır – gömrük əməkdaşı Həsən Mahmudov, Anar Hüseynəliyev və Elmar Yusifov. Hər üçü eyni növbəyə gəlib, məni gözləyiblər. Mənim həbsimdən sonra da onları mükafatlandırıblar. Hüseynəliyev və Mahmudov daha yüksək vəzifəyə keçirilib, ilkin istintaqı aparmış Mübariz Məmmədov isə İstintaq İdarəsinə rəis təyin olunub”, – G.Bayramlı bildirib.

“Qaralov neft pullarının talanmasını araşdırsın…”

AXCP sədrinin müavini deyir ki, həbsindən sonra ev dustaqlığıa buraxılması, həbs-qətimkan tədbirinin uzadılması və başqa məsələlərlə əlaqədar 30-a qədər məhkəməsi olub. Bu məhkəmələrdə xeyli vəsatətlər veriblər. Məsələn, pulların üzərindəki əl-barmaq izləri ilə bağlı ekspertiza keçirilməsi, hadisə günü gömrük-nəzarət məntəqəsindəki videokameraların yaddaşındakı görüntülərə baxış keçirilməsi və s. Amma vəsatətlərin heç biri təmin olunmayıb. Videogörüntülərlə bağlı vəsatətə uzun müddət cüvüb verilməyib. Xeyli vaxtdan sonra cavab gəlib ki, görüntülərin saxlanma müddəti bir aya qədərdir, ona görə də silinib.

G.Bayramlı deyir ki, onun işinin istintaqına şəxsən baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubov nəzarət edib. Bu da işin siyasi sifariş olmasının növbəti sübutudur: “Qaralov bu işlərə nəzarət edincə, 150 milyarddan artıq neft pulunun talanmasına nəzarət eləsin. Ölkədən milyarlarla pul çıxarılıb, ofşorlara yerləşdirilib, bunu araşdırsın. İş materiallarını oxuyanda görürəm ki, müəyyən qurumlara, banklara mənim evimin, avtomobilimin, bankda pulumun olub-olmaması haqda sorğular göndəriblər. Əlbəttə ki, hamısına “yox” cavabı gəlib”.

“Mən həbsdən də olsa, mübarizəmi davam etdirəcəyəm”

G.Bayramlı çıxışının sonunda bir daha bəyan edib ki, onu siyasi fəaliyyətinə görə qisas almaq üçün cəzalandırıblar, özü də birbaşa dövlət başçısının razılığı ilə.

“Istintaq təcridxanasında olarkən Sərhəd Xidmətinin rəis müavini Azər İbrahimov üç dəfə ora gələrək, mənə qarşı işgəncəyə air göstəriş verib. Bunun da müəyyən təsirləri olub. Məndən soruşdular ki, sənin həbsindən sonra işlərini kim davam etdirəcək? Dedim ki, məni də, hətta Əli Kərimlini də həbs eləsəniz, bu işləri davam etdirəcək adamlar tapılacaq. Bunun nümunəsi kimi, həbsimdən sonra AXCP-nin daha güclü aksiyalar keçirməsini göstərdim. Xalq bu hakimiyyəti dəstəkləmir. Bütün zərbələrəbaxmayaraq, AXCP-ni məğlub edə bilməyəcəklər. Canımız fəda olsun bu millətə!”, – G.Bayramlı çıxışını başa çatdırıb.

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Bu təzyiqlər hələ də davam etməkdədir.
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt