Bu təzyiqlər hələ də davam etməkdədir.

Bu təzyiqlər hələ də davam etməkdədir.

Kxcp-nin gənclər teçkilatının fəal üzüvü Çingiz Zamanov 2009-ci ildən    başlanan siyasi aktivlik sosial şəbəkələr vasitəsi ilə keçirilən etiraz aksiyalarında özünü göstərməyə başlamışdı.    

2017 ci ildə Azərbaycanda bir neçə etiraz aksiyalarının keçirilməsi hakimiyyət orqanlarını ciddi narahat etdiyindən bu aksiyaların qarşısını almaq üçün repressiv metodlar işə salındı. 23 senyatbr 2017-ci il tarixlərində keçirilən etiraz aksiyasında iştirak edən müxalifətçilər  həbs olunaraq qondarma cinayət məsuliyyətinə cəlb olundu, ya inzibati qaydada cəzalandırıldı ya da hakimiyyətin repressiya aparatından canını qurtarmaqdan ötəri ölkəni tərk etmək zorunda qaldı. Həmin hadisələrin iştirakçısı olmuş Kxcp -çi gənc Çingiz Zamanov polis və  mülki geyimli şəxslər  tərəfindən döyülmüşdü. O, həmin aksiyalardan sonra polis orqanlarına çağırılaraq polis əməkdaşına zor  tətbiq etməkdə bağlı cinayət işi ilə ifadə verməsi tələb edilmişdir. Ç.Zamanov  saxta və qondarma ittihamla həbs olunma təhlükəsini bildiyindən ölkəni tərk etmək zorunda qalmışdır. Bu da hakimiyyətin köhnə metodudur.

Sözsüz ki, həmin dönəmdə Ç.Zamanov  ölkəni tərk etməsəydi, saxta ittihamla cinayət məsuliyyətinə cəlb olunaraq dəmir barmaqlıqlar arasına  salınacaqdı.

Ç.Zamanov  ölkəni tərk etsə də, onun yaşadığı evə naməlum telefon  zəngləri olunaraq harada olması ilə maraqlanmışlar. Ailə üzvləri onun ölkədə olmadığını bildirsələr də, həmin şəxslər Çingizin ailə üzvlərini onu gizlətməkdə ittiham edib və təzyiq edərək onun yerini deməyi tələb etmişlər. Çingizin valideynləri oğlunun ölkədə olmadığını bildirdikdə, həmin şəxslər daha da aqressiv davranmışlar.

 

Çingizin valideynləri ağır psixoloji sarsıntı keçirmişlər və hal-hazırda da həyatları böyük təhlükə altındadır. Onlar bu təzyiqlərin son olacağını güman etmirlər. Bu təzyiqlər hələ də davam etməkdədir.

>
  • Milli Şura yaxın 2 ayda hansı addımları atacaq?
  • Milli Şura növbәdәnkәnar seçkini boykot edir vә
  • Ölkədə vəziyyət
  • Həbsdə olan jurnalistin növbəti məhkəmə prosesi
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Bu təzyiqlər hələ də davam etməkdədir.
  • Repressiyalar davam edir.