Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və daha 16 nəfər haqda hökm dəyişmədi

Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və daha 16 nəfər haqda hökm dəyişmədi

Bu gün Ali Məhkəmədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, ilahiyyatçı taleh Bağırzadə, Müsəlman Birliyi Hərəkatında onun müavini olan Abbas Hüseynov, təşkilatın üzvləri Şamil Abduləliyev və digərlərinin işinə baxılıb. Ümumilikdə 18 nəfər olan təqsirləndirilən şəxslərdən ikisi məhkəmədə iştirak edib. Bunlar Abbas Quliyev və Abbas Hüseynov olub.
Məhkəmədə vəkil Nemət Kərimli bu işin siyasi motivli olduğunu, təqsirləndirilən şəxslərin günahsız həbs edildiyini, ittihamların heç birinin sübuta yetirilmədiyini bildirib. Deyib ki, məhkəmə araşdırmalarında da təqsirləndirilən şəxslərdə silah olmadığı, onların polislərin silahlı hücumuna məruz qaldıqları sübut olunub.
Abbas Hüseynov da sifarişlə həbs edildiklərini bildirib.
Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib, Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və daha 16 nəfər haqqında hökm dəyişdirilmədən qüvvədəsaxlaılıb.
Vəkillər bu işdən Avropa Məhkəməsinə şikayət göndərəcəklər.

>
  • AXCP rəhbərliyi məhbus ailələrini ziyarət edib
  • Rüfət Səfərovun işgəncəyə məruz qalması
  • İlham Əliyev hökumətinin növbəti absurd tədbiri
  • Rusiya Britaniya konsulluğunu bağlayır, 23
  • Polis sahibkarların aclıq aksiyasını zorla
  • Polisdən şikayət cəbhəçinin həbsi ilə nəticələndi
  • Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və daha 16 nəfər
  • Bayram Məmmədovun anası: “O ab-havaya düşüb özümü
  • “Qara qızıl”la cibini ağardanlar
  • Gözəl Bayramlı Əli Kərimlinin məhkəmədə