Rüfət Səfərovun işgəncəyə məruz qalması araşdırılmadı

Rüfət Səfərovun işgəncəyə məruz qalması araşdırılmadı

Bu gün Bakı Apellyasiya məhkəməsində prokurorluq orqanlarından bəyanatla istefa verdikdən sonra rüşvət ittihamı ilə şərlənib həbs olunmuş keçmiş müstəntiq Rüfət Səfərovun şikayəti üzrə proses keçirilib.
Hakim Qədim Babayevin sədrliyi ilə keçən prosesdə Xəzər Rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Ötən ilin sentyabrında Rüfət Səfərov 9 saylı cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qaldığından Xəzər rayon prokurorluğuna şikayət verib.   Prokurorluğun işgəncə faktının olmaması ilə bağlı qərarından verilmiş şikayət Xəzər rayon məhkəməsində də araşdırılmadan Rüfət Səfərovun iddiası təmin edilməyib.

Bu günkü məhkəmə prosesində keçmiş müstəntiqə dəstək üçün siyasi və ictimai fəallar apellyasiya məhkəməsinə gəlib. Lakin son anda məhkəmənin qapalı keçirilməsi bildirilərək heç kəs məhkəmə zalına buraxılmayıb.

>
  • Hakimiyyәt şәhid ailәlәrini “qan pulu”
  • Məhkəmə jurnalisti həbsdə saxladı
  • Freedom House: Azərbaycan internet azadlığında
  • Prezidentin ehtiyat fondu korrupsiya layihələrinə
  • Ali Məhkəmə Əfqan Muxtarlını həbsdə saxlayıb
  • Avropa Məhkəməsi Azərbaycandan 34 şikayəti
  • AXCP üzvlərinin həbs müddəti üç ay artırıldı
  • Leysan yağışları Bakını yenə iflic etdi
  • Mehman Hüseynovun anasının ölümü ilə bağlı
  • Cəmil Həsənlinin Londonda kitabı çap olunub