Rusiya Britaniya konsulluğunu bağlayır, 23 diplomatı ölkədən çıxarır

Rusiya Britaniya konsulluğunu bağlayır, 23 diplomatı ölkədən çıxarır

Rusiya 23 britaniyalı diplomatı “arzuolunmaz şəxs” elan edib və onların ölkəni bir həftəyə tərk etməsini tələb edib.

Bundan başqa Kreml Böyük Britaniyanın Sankt-Peterburqdakı konsulluğunun bağlanması və Rusiyadakı Britaniya Şurasının fəaliyyətinin dayandırılması haqda qərar qəbul edib.

Bunlar cavab addımlarıdır.

Bir neçə gün əvvəl Britaniya 23 rusiyalı diplomatı ölkədən çıxarmağa qərar vermişdi.

İki ölkə arasında münasibətlər vaxtilə Rusiya xüsusi xidmət orqanlarında çalışan, Böyük Britaniyaya işlədiyi üçün həbs olunan və sonradan rus casusları ilə dəyişdirilən Sergey Skripalın müəmmalı zəhərlənməsindən sonra korlanıb.

Hadisə martın 4-də Solsberi şəhərində baş verib. Skripalla birlikdə qızı da zəhərlənib. Britaniya polisi onların sinir qazı ilə zəhərləndiyini və vəziyyətlərinin çox ağır olduqlarını bildirib.

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson isə iddia edib ki, bu sui-qəsd cəhdidir və birbaşa Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə icra edildiyi istisna deyil.

Britaniyanın baş naziri isə iki ölkə arasında yüksək səviyyədə kontaktların dayandırıldığını elan edib.

>
  • AXCP rəhbərliyi məhbus ailələrini ziyarət edib
  • Rüfət Səfərovun işgəncəyə məruz qalması
  • İlham Əliyev hökumətinin növbəti absurd tədbiri
  • Rusiya Britaniya konsulluğunu bağlayır, 23
  • Polis sahibkarların aclıq aksiyasını zorla
  • Polisdən şikayət cəbhəçinin həbsi ilə nəticələndi
  • Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və daha 16 nəfər
  • Bayram Məmmədovun anası: “O ab-havaya düşüb özümü
  • “Qara qızıl”la cibini ağardanlar
  • Gözəl Bayramlı Əli Kərimlinin məhkəmədə