“Xalqın etimad edəcəyi bir orqan belə qalmayıb”

“Xalqın etimad edəcəyi bir orqan belə qalmayıb”

“Nəhayət, ölkədə baş verən bu qədər hadisədən iki gün sonra Prezident Adminstrasiyası öz varlığını yada salıb. Yoxsa hamı elə bilirdi ki, onlar yoxdur. Bunun özü elə bir xəbərdir”.

AXCP sədri Əli Kərimli bunu Azadlıq Radiosuna Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyeva silahlı basqınla bağlı Prezident Adminitrasiyasının iyulun 4-də yaydığı açıqlamanı dəyərləndirərkən bildirib.

AXCP sədri deyib: “PA bu hadisələrlə bağlı vaxtaşırı xalqa izahat vermək yerinə görünmürdü, susurdu. Bundan da irəli gələrək ölkəni doğru- yalan xəbər dalğası bürümüşdü. Təkcə bu faktın özü göstərdi ki, hökumətin informasiya siyasəti sıfırdır”.

Ə.Kərimliyə görə, baş verənlər göstərdi ki, ölkədə hökumətin çox öyündüyü sabitlik o qədər də möhkəm deyil.

Patriya sədri bildirib ki, sabitlik legitimlik üzərində qurulur və legitimlik olmadığı halda sabitlikdən danişmağa dəyməz:

“Sabtilik üçün hakimiyətin qolları məlum olmalı və fəaliyyət göstərməlidir. İdarəçilik institutlaşmalıdır, amma bunun heç biri yoxdur. Ən əsasıı xalqın etimad edəcəyi bir orqan belə qalmayıb”.

Ə.Kərimli hesab edir ki, bu hadisələrdən hökumət bir sıra nəticələr çıxarmalıdır. Onun fikrincə, ilikin çıxarılan nəticə o olmalıdır ki, xalqın hökumətdən ciddi narazılığı var.

Ə.Kərimli vurğulamasına görə, baş verənlər göstərir ki, müharibə şəraitində yaşadığı deyilən ölkədə nə hökumət oqranları, nə də müəssisələr fövqəladə vəziyyətə hazırdırlar:

“Hökumət başa düşməlidir ki, avtoritarizm dövlət idarəçiliyini məhv edib, məmurlar qanunla yox, təlimatla işləməyə öyrəşiblər, təlimat olmadıqda nə edəcəklərini belə bilmirlər”.

Ə.Kərimli baş verənlər fonunda xalqın narazılığına da toxunub: “Bu gün hakimiyyətə əsl müxalif sadə, amma narazı xalqın özüdür”.

>
  • Tək enerji sektoru yox, bütövlükdə ölkə çökür və
  • DİN Gəncədə iki polis zabitinin öldürüldüyünü
  • Azərbaycanın işıqsız qalmasını Hüseyn Arabul belə
  • İlkin Rüstəmzadənin anası: “Proseslər İlkinin
  • AXCP-nin daha 2 fəalı həbs edildi
  • Son hadisələr hakimiyyətlə xalq arasında dərin
  • Gəncədə icra başçısını güllələdilər; Rəsmi
  • Enerji təsərrüfatına 5 milyard yatırılan ölkə
  • AXCP-nin daha 2 fəalı həbs edildi
  • Gəncədə icra başçısını güllələdilər; Rəsmi