Hökumət növbəti soyğunçuluğa əl atdı

Hökumət növbəti soyğunçuluğa əl atdı

Milli Şuranın sədri Cəmil Həsənli nəqliyyatda gediş qiymətlərinin artırılmasına  fb səhifəsində münasibət bildirib:

 

“Nəqliyyatda qiymətlər artdı. Tarif Şurasının qiymət artımını əsaslandırmasının iqtisadi izahı yoxdur. 2-3 il əvvəllə müqayisədə beynəlxalq bazarda neftin qiyməti 2-3 dəfə aşağı düşsə də, nəqliyyatda qiymətlər 50 faiz qaldırıır. Elan edirlər ki, hətta bu artımdan sonra Azərbaycanda avtobus və metro nəqliyyatı guya MDB məkanında ən aşağı qiymətədir. Amma onu demirlər ki, Azərbaycan əmək haqqı, pensiyalar, nəqliyyatda güzəştlərin səviyyəsnə görə MDB məkanında hansı yerdədir. Rusiyada, Beleorusiyada, Qazaxıstanda, Gürcüstanda orta və minimum əmək haqqı Azərbaycandan 2-3 dəfə yüksəkdir. Bu olkələrdə orta məktəb müəllimi Azərbaycan manatı ilə ortalama 1000 manatdan çox, hətta bəzilərində 1000 dollar ətrafında əmək haqqı alır. Bəs onda bunu niyə müqayisə etmirsiniz. MDB ölkələrində nəqliyyatda güzəştlər ləğv edilməyib. Həmin ölkələrdə pensiyaçılar, veteranlar, müharibə iştirakçıları, tələbələr, əlillik dərəcəsi olanlara nəqliyyatda güzəştlər tətbiq edilir. 6 aylıq, 1 illik kartlar alanda qiymət 30-40 faiz aşağı düşür və sair. Axı bunlar Azərbaycanda yoxdur. İlham Əliyev 30-40 il əməyini, sağlamlığını cəmiyyətə vermiş insanlara 150-300 manat arasında pensiya verir, pensiya və maaşları 10 faiz artırır, amma nəqliyyatda gediş qiymətləri 50 artırır. Halbuki, büdcədən yayınmaların qarşısını almaqla müvafiq qurumlar bu artımın iqtisadi səmərəsini təmin edə bilərdi. Metro nəqliyyatında hər 4 jetondan birinin mənimsənilməsi yəqin ki, yaddan çıxmayıb. Xidmətin keyfiyyətində, yanacağın qiymətində, yanacaq məsrəfində hər hansı bir dəyişiklik olmadan, əmək haqqı və pensiyalarda ciddi artım qeydə alınmadan birdən-birə nəqliyyatda gediş haqların 50 faiz artırmaq, əhalinin onsuz da boş olan cibinə girmək soyğunçuluqdur. Bunun ayrı adı yoxdur.”

>
  • Zəfər Quliyevin səhhətində problem yaranıb
  • İlham Əliyevin Azərbaycandan və
  • “Bütün siyasi məhbuslar azad edilməlidir”
  • İlqar Məmmədov azadlıqda
  • Məşhur jurnalistə ölkədən çıxmağa yenə imkan
  • Tərtərdə məcburi köçkünlər evlərin rüşvətlə
  • Hakimiyyət xalqı soymaq siyasətində israrlıdır
  • Hökumət növbəti soyğunçuluğa əl atdı
  • Tbilisidə ictimai nəqliyyatdan istifadə neçəyədir?
  • Əli Həsənovun nəvəsi azadlığa buraxıldı