İlqar Məmmədov azadlıqda

İlqar Məmmədov azadlıqda

Bu gün, avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi ReAL Partiyasının sədri İlqar Məmmədovu azadlığa buraxıb.

Amma İ.Məmmədov 2 il sınaq müddəti olmaqla şərti olaraq azadlığa çıxıb. Onun ölkədən çıxışına məhdudiyyət olacaq.

İ.Məmmədov qərarla razılaşmayıb. «Biz bəraət tələb edirdik. Bu da qələbədir, amma tam qələbə deyil», – deyə İ.Məmmədov məhkəmənin qəbul etdiyi qərarı dəyərləndirib.

İ.Məmmədov, hələ ki, məhkəmə binasındadır. Müdafiə tərəfinin bildirməsinə görə, hazırda sənədləşmə işləri aparılır. Amma müdafiə tərəfi vurğulayır ki, İ.Məmmədovu Penitensiar Xidmətin əməkdaşlarının maşınla Bakıya aparacaqları və oradan buraxılacağı gözlənir.

>
  • Antikorrupsiya fəalı döyülərək öldürülüb
  • Mitinqə razılıq verilmədi
  • Ali Məhkəmə F.Əhmədlini həbsdə saxladı
  • Azad Həsənov buraxılmadı
  • Fatimə Mövlamlı saxlanıb və buraxılıb
  • Aclıq etdiyini deyən iki məhbusun yeri
  • AXCP-nin 4 üzvündən xəbər yoxdur
  • Deputat Nizami Cəfərov: 'Mehman məsələsi də bir
  • Milli Şuranın mitinqinə razılıq verilib
  • Deputat 1500 manat maasla 30000 dollarliq masin