Keçmiş məmurun şərti cəzası ləğv olundu

Keçmiş məmurun şərti cəzası ləğv olundu

«Aztelekom» MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun üzərində olan şərti cəza ləğv edilib. Bu barədə məhkəmə qərarı çıxarılıb.

Prokurorluq bununla razılaşmayaraq, həmin qərardan apellyasiya şikayəti verib. Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsində protestə baxılıb. Rəşad Abdulovun sədrlik etdiyi hakimlər kollegiyası protesti təmin etməyib. Xətai Rayon Məhkəməsinin 4 yanvar 2019-cu il tarixli qərarı qüvvədə saxlanılıb.

2015-ci ilin oktyabrında MTN-də generalların həbsiylə nəticələnən əməliyyatdan dərhal sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəliləri həbs edildi. Onların arasında M.Məmmədov da vardı. Onlar rabitə strukturlarının təmir-tikintisi zamanı alınan avadanlıqların, görülən işlərin qiymətlərini dəfələrlə şişirdərək, ümumilikdə 153 milyona yaxın dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsində ittiham olunurdular.

Nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, «Bakı-Telefon Rabitə» İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynov və daha səkkiz nəfərlə birlikdə mühakimə olunan «Aztelekom» rəhbəri təxminən iki il sonra Bakı Ağır Cinayətlər Məhkəməsindən azadlığa buraxılıb. Ona 5 il 7 ay 19 günlük şərti cəza verilmişdi.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana