Nazirlərin üçtərəfli görüşü başa çatıb

Nazirlərin üçtərəfli görüşü başa çatıb

Bu gün, iyunun 12-də Qəbələdə Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Levan İzoriyaarasında üçtərəfli görüş başa çatıb.

Görüşün yekununa dair Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

«Görüşdə müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər», -məlumatda yazılıb.

Nazirlik bildirir ki, tərəflər həmçinin, üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Sonda danışıqların yekununa dair protokol imzalandığı bildirilir. Protokolun detalları açıqlanmır.

+++

Bu gün, iyunun 12-də Qəbələ şəhərində Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında üçtərəfli formatda görüş başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə geniş fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Bu görüşdən əvvəl nazirlərin ikitərəfli müzakirələri də olub.

Azərbaycan müdafiə naziri ayrı ayrılıqda həm H.Akar və həm də L.İzoriya ilə görüşüb.

Azərbaycan-Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli formatda görüşlər 2014-cü ildən etibarən keçirilir.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana