AXCP fəalı 100 manat cərimələnib

AXCP fəalı 100 manat cərimələnib

İyunun 11-dә Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Bəşir Tarıverdiyevin Nәsimi Rayon Mәhkәmәsinin qәrarı ilә 100 manat cәrimәlәndiyi bildirilir. Onun İnzibati Xәtalar Mәcәllәsinin 510-cu (xırda xuliqanlıq) maddәsi ilә tәqsirli bilindiyi qeyd edilir.

Bu barədə AzadlıqRadiosuna B.Tarıverdiyevin özü məlumat verib. V.Tarıverdiyevin deməsinə görә, onu iyunun 10-da günorta saatlarında Binәqәdi rayonunda işdәn çıxanda mülkigeyimli şәxslәr saxlayaraq həmin rayondakı polis idarәsinә aparıblar.

AXCP üzvünün vurğulamasına görə, orada onun barәsindә protokol tәrtib olunub. O qeyd edirb ki, küçәdә söyüş söymәkdә ittiham olunub: «Axşam mәni evә buraxdılar, lakin sәhәr saat 9-da Nәsimi Rayon Mәhkәmәsinә gәlmәyimlә bağlı yazılı iltizam aldılar. Bu gün, iyunun 11-də isә mәhkәmә mәni 100 manat cәrimәlәdi».

V.Tarıverdiyev bildirib ki, qanunazidd heç bir hәrәkәt etmәyib vә cәzanın sәbәbi sosial şәbәkәdә yazdığı tənqidi şәrhləridir. O әlavә edib ki, mәhkәmәnin qәrarından apellyasiya şikayәti verәcәk.

Onun bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi və Nəsimi Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

AXCP-dən verilən məlumata görə, bu ilin əvvəlindən 50-dən çox fəalları saxlanaraq inzibati qaydada cəzalandırılıb. Onların, əsasən, polisin qanunu əmrinə tabe olmamaqda günahlandırıldığı bildirilir. AXCP onların şərlənərək, sırf siyasi fəaliyyətlərinə, tənqidi mövqelərinə görə cəzalandırıldığını açıqlayıb. Amma həmin rəqəmi də rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim dinc siyasi fəaliyyətinə, tənqidi mövqeyinə görə həbs və təzyiqlərlə üzləşmir.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana