1000 manatlıq rüşvətdə ittiham olunan vergi müfəttişləri

1000 manatlıq rüşvətdə ittiham olunan vergi müfəttişləri

1000 manat rüşvət alıb, öz aralarında bölməkdə suçlanan iki vergi müfəttişinə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Vəliyevin sədrlik etdiyi hakimlər kollegiyası onların hər birinə iki il həbs cəzası kəsib.

Cəzalandırılan Elçin Qaybalıyev və Ziyad Lətifov Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri olub.

İddia olunur ki, onlar "24 saat” adlı marketdə vergi yoxlamasında təxminən 3 min manatlıq aksiz markası olmayan xarici siqaretlər aşkarlayıblar. Aksiz markası olmayan məhsulun dəyərinin azaldılıb protokolda 284 manatlıq göstərilməsi, satıcının da cinayət məsuliyyətinə cəlb olunması yox, inzibati qaydada cəzalanması üçün 1000 manat alıb, aralarında bölüblər.

Ancaq vergi müfəttişləri özlərini təqsirli bilmir, ittihamda yazılanların yalan olduğunu deyirlər.

Elçin Qaybalıyev məhkəmədə bildirib ki, ola bilsin, inzibati qaydada cərimə yazdıqlarına görə mağazanın müdiri onlara qarşı qərəzli davranıb:

"Biz həmin vaxt iki nəfəri müşahidəçi kimi dəvət etdik. Hər şey onların gözünün qarşısında olub. Ümumi olaraq 284 manatlıq mal aşkarlanmışdı. 1 saat orda olduq. Aşkardığımız malları özümüzlə götürdük. Həmin mallar məhkəmə qərar çıxarandan sonra təhvil veriləcəkdi. Obyektdən çıxandan sonra Ziyadla birlikdə gedib nahar etdik. Daha sonra oranın müdiri ilə nə görüşümüz olub, nə də əlaqəmiz".

2007-ci ildən Vergilər Nazirliyində işlədiyini deyən Ziyad Lətifov da həmkarının dediklərini təkrarlayıb.

Ancaq məhkəmə onları rüşvət alma, vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilib. Vergi müfəttişlərinə münasibətdə CM-in 62-ci (maddədə nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsini tətbiq olunub.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana