Jurnalistin apellyasiya şikayəti təmin olunmadı

Jurnalistin apellyasiya şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsi iyunun 4-də criminal.az saytının baş redaktoru Anar Məmmədov barəsində məhkəmə hökmünü qüvvədə saxlayıb.

Müdafiə tərəfi apellyasiya instansiyasının qərarı ilə razı deyil və Azərbaycan Ali Məhkəməsinə kassasiya şikayəti verməyi nəzərdə tutur. Bunu AzadlıqRadiosuna A.Məmmədov bildirib.

Jurnalist bu ilin martında dövlət əleyhinə çağırışlar, səlahiyyət həddini aşma və vəzifə saxtakarlığı ittihamları ilə 2 il sınaq müddəti olmaqla 5 il yarım azadlıqdan şərti olaraq məhrum edilib.

Cinayət məsuliyyətinə cəlb edilmək üçün əsas kimi criminal.az saytında Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsdlə bağlı gedən yazı göstərilib.

A.Məmmədov barəsində məhkəmə hökmünü bir sıra beynəlxalq qurumlar, habelə ATƏT-in KİV azadlığı üzrə təmsilçisi Arlem Dezir pisləyib.

A.Məmmədovun apellyasiya şikayətinə baxış ərəfəsində Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) də Azərbaycan hakimiyyətini jurnalistin üzərindən ittihamları götürməyə, sərbəst çalışmasına şərait yaratmağa çağırıb.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana