Böyük Palata İlqar Məmmədovla bağlı qərar verdi

Böyük Palata İlqar Məmmədovla bağlı qərar verdi

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası bu gün, mayın 29-da ReAl Partiyasının sədri İlqar Məmmədovun işi üzrə qərarını elan edib.

AİHM-in saytı qərarın mətnini dərc edib.

Böyük Palata hesab edir ki, Azərbaycan dövləti siyasətçini azadlığa buraxmamaqla Avropa Şurası qarşısındakı öhdəliyini (Konvensiyanın 46.1-ci maddəsi) pozub. Söhbət Azərbaycan hökumətinin İ.Məmmədovla bağlı AİHM-in 22 may 2014-cü il tarixli qərarını icra etməməsindən gedir. Həmin qərarla 2013-cü il İsmayıllı hadisələri ilə bağlı həbs edilən İ.Məmmədovun hüquqlarının pozulduğu tanınıb.

2014-cü ilin dekabrında Nazirlər Komitəsi ilk dəfə olaraq işə baxıb və İ.Məmmədovun azad edilməsinə çağırıb. Sonradan Komitə dəfələrlə bu çağırışı təkrar edib, lakin İ.Məmmədov bir müddət azad edilməyib.

2017-ci ilin oktyabrında Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanı rəsmən xəbərdar edib ki, AİHM-in 2014-cü il qərarına əməl etmək barədə Konvensiya öhdəliyini yerinə yetirməyib. Bununla əlaqədar Avropa Şurası tarixində ilk dəfə Avropa Konvensiyasının 46-cı maddəsinə uyğun olaraq üzv dövlətin təşkilat qarşısında öhdəliyini yerinə yetirməməsi üzrə prosedur başlayıb.

Nazirlər Komitəsinin müraciəti baxılmaqdan ötrü 2017-ci il dekabrın 11-də AİHM Katibliyinə verilib və sonra Strasburq məhkəməsinin Böyük Palatasına daxil olub.

Xatırlatma

İlqar Məmmədov 2013-cü ilin fevralında İsmayıllı hadisələri ilə əlaqədar həbs edilib, iğtişaşda ittiham olunaraq 7 il həbs cəzası alıb. Nəhayət, 2018-ci ilin avqustunda Şəki Apellyasiya Məhkəməsi qalan cəzanı 2 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəz edərək, onu həbsdən azad edib.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana