Vəkil müdafiə etdiyi şəxslə görüşə bilmir

Vəkil müdafiə etdiyi şəxslə görüşə bilmir

Milliyyətçi Demokrat Partiyasının (MDP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyətinin üzvü İlyas Abdullayevin mayın 18-də saxlandığı bildirilir.

Bu barədə İ.Abdullayevin vəkili Yavər Hüseyn məlumat verib.

Y.Hüseynin sözlərinə görə, Qarabağ döyüşləri iştirakçısı olan İ.Abdullayevin konkret nədə ittiham edildiyini dəqiqləşdirə bilməyiblər, onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparıldığı güman edilir: «Mən vəkil kimi order imzalamışam. Mayın 20-də BMCMİ-də oldum. Mənə qeyri-rəsmi olaraq bildirdilər ki, İ.Abdullayev bu idarədə saxlanmır. Mən də məsələ ilə bağlı Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət etmişəm ki, hüquqlarını müdafiə etdiyim şəxslə əlaqə salxamağıma imkan vermirlər. Bu isə vəkil kimi mənim və onun hüquqlarının pozulması deməkdir».

Y.Hüseyn deyib ki, İ.Abdullayevlə görüşməyə bu gün, mayın 21-də də cəhd göstərəcək.

MDP-dən isə bildiriblər ki, son vaxtlar partiyanın Sumqayıt, Qaradağ, Şəki rayon təşkilatlarının üzvləri də müxtəlif vaxtlarda polisə aparılıb, buraxılıblar. Partiyadan bunu son vaxtlar artan fəallığın qarşısını almaq cəhdləri kimi dəyərləndiriblər.

Bütün bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu isə deyib ki, mayın 19-dan etibarən Azərbaycan Xalq Hərəkatına daxil olan partiyaların bəzi üzvlərini saxlamağa başlayıblar. Saxlananlardan bir çoxunun sonradan sərbəst buraxıldığını deyən A.Şakiroğlunun vurğulamasına görə, onların üzvlərindən biri - Yavər Mikayılovdan isə bir neçə gündür məlumat ala bilmirlər: «Ailəsindən bizə deyilənə görə, Bakı Şəhər Baş Polis İdarəsində saxlanır. Amma heç cür görüşə icazə verilmir. Polisin də 48 saat saxlamaq hüququ var. Biz hesab edirik ki, bəlkə də Y.Mikayılova hansı adla isə inzibati cəza verilib. Amma Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında da bu barədə məlumat vermirlər».

A.Şakiroğlu qeyd edib ki, onun da rəhbərlik etdiyi partiya AXH-yə daxildir. Onun Y.Mikayilovla bağlı dediklərini də, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Amma rəsmilər, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Onların sözlərinə görə, heç kim dinc siyasi fəaliyyətinə görə həbs və təzyiqlərlə üzləşmir.

Azərbaycan Xalq Hərəkatı 2019-cu il yanvarın 26-sı Bakıda yaradılıb. Quruma bir sira partiya və ictimai simalar daxil olub.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana