AzadlıqRadiosu-nun müxbirinə hücum ediblər

AzadlıqRadiosu-nun müxbirinə hücum ediblər

Qırğızıstanın cənubundakı Oş şəhərində AzadlıqRadiosu-nun müxbirinə hücum olunub. Müxbir qanunsuz kazinonun şübhəli fəaliyyətini araşdırırmış.

Hücum zamanı müxbir Ydyrys Isakov-un üzü və əlləri cırmaqlanıb, paltarları cırılıb. Hadisə mayın 13-də Oşun mərkəzindəki DeLuxe oteli yaxınlığında baş verib.

Yerli NUR televiziyasının əməkdaşı da hücuma məruz qalıb.

Polis hücum edənlərin bir neçəsini saxladığını bildirir.

Isakov otel yaxınlığındakı binada fəaliyyət göstərən kazino barədə araşdırma aparırmış. Bir cütlük müxbirə oğullarının kazinoda qumarda 50 min dollaradək pul itirdiyini deyib.

Təhlükəsizlik səbəbindən adlarının çəkilməsini istəməyən cütlüyün sözlərinə görə, kazino orada 2017-ci ildən fəaliyyətdədir.

Qırğızıstan 2012-ci ilin əvvəlindən kazinoları qadağan edib. Ancaq millət vəkilləri ölkə boyunca çoxsaylı kazinoların qanunsuz işlədiyini bildirir.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana