Milli Şuraya yenə 'yox' cavabı verilib

Milli Şuraya yenə 'yox' cavabı verilib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 5-də mitinq keçirmək istəyi ilə bağlı müraciətinə müsbət cavab verməyib.

Bu barədə AzadlıqRadiosuna quruma daxil olan AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn bildirib. Onun sözlərinə görə, şəhər icra hakimiyyəti aksiyanı məqsədəuyğun saymamasını Milli Şuranın 19 yanvar mitinqinin qanun pozuntuları ilə keçirilməsi ilə əsaslandırmağa çalışıb: «Bu hakimiyyət daxilində hərc-mərcliyin göstəricisidir, islahat dediklərinin iflasa uğramasıdır».

İ.Hüseynin vurğulamasına görə, aksiyanı «siyasi məhbuslara azadlıq», «talana yox», «ölkədən oğurlanan pullar ölkəyə qaytarılsın», «uşaq pulları bərpa edilsin» və b. şüarlar altında keçirməyi nəzərdə tuturdular.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikirlərini qəbul etmirlər. Onlar deyirlər ki, siyası məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər. Hakimiyyət rəsmiləri üstəlik, korrupsiya ilə bağlı tənqidləri də qəbul etmirlər. Onlar deyirlər ki, ölkədə korrupsiya ilə mübarizədə hakim iradə var.

Azərbaycanda 2006-cı ildən ünvanlı sosial müavinətlərin verilməyə başlanması ilə uşaqlara aylıq müavinətlərin ödənilməsi dayandırılıb.

Xatırlatma

BŞİH bu il bundan əvvəl Milli Şuranın düz beş dəfə aksiya istəyinə müsbət cavab verməyib. Qurum bu cavablarını Milli Şuranın yanvarın 19-da keçirilmiş mitinqi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması və həmin aksiyanın gerçəkləşdiyi məkana yaxın ərazilərdə yaşayan vətəndaşların, orada fəaliyyət göstərən sahibkarların narazılığı ilə əsaslandırmışdı.

Milli Şura da, öz növbəsində, bunu bəhanə sayaraq mitinqə icazə verilməməsini hakimiyyətin kütləvi aksiyalardan çəkinməsi kimi izah etmişdi.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana