Gözdən əlillər narazıdır

Gözdən əlillər narazıdır

Bu gün, mayın 1-də bir qrup gözdən əlil Prezident Administrasiyası (PA) önündə aksiya keçirib.

Onlar əsasən iki məsələ ilə bağlı narazılıqlarını ifadə ediblər.

Şikayətçilər qeyd ediblər ki, onlara baxan şəxsə ödəniləcək 50 manat vəsaitdən ötrü ayrıca kart açılmasına ehtiyac yoxdur. «Əvvəla biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik, sənəd toplanması barədə məlumat verdilər, bu da uzun sürən prosesdir. Odur ki, həmin vəsaitin də bizim əlilliyə görə müavinət aldığımız karta ödənilməsini istəyirik», - aksiya iştirakçılarından biri vurğulayıb.

Aksiya iştirakçıları deyiblər ki, əsas istəkləri ödənişlərin vahid kartda birləşdirilməsidir.

Onların bəziləri də, eyni zamanda, təqaüdlərinin ümumilikdə azlığından şikayətləniblər. Şikayətçilərin demələrinə görə, istəyirlər ki, Administrasiyanın məsul əməkdaşlarından kimsə onları qəbul etsin və sözlərini həmin şəxsə çatdırsınlar.

Bir müddətdən sonra gözdən əlillər PA-nın qarşısını tərk ediblər. Demələrinə görə, onlara bildirilib ki, şikayətləri araşdırılacaq.

Xatırlatma

Bu il fevralın 25-də dövlət başçısı İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncamda iki yeni prezident təqaüdü təsis edilib.

Onların birində I qrup əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində prezident təqaüdünün təsis edilməsi nəzərdə tutulub.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana