AXCP üzvü saxlanıb

AXCP üzvü saxlanıb

İyulun 8-dә Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Masallı rayon təşkilatının üzvü Araz Məmmədov saxlanıb.

Partiyadan AzadlıqRadiosuna bildirilib ki, cəbhəçi fəal Masallı Rayon Polis Şöbəsinə aparılıb və artıq bir neçə saatdır ondan heç bir xəbər yoxdur. Saxlanma səbəbi isə bilinmir.

Mәsәlә ilә bağlı Daxili İşlәr Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Ötən həftə AXCP Ali Məclisinin üzvü, Sabirabad rayonunda yaşayan Sahib Rüstəmli saxlanmışdı. O, bir neçə saat saxlandıqdan sonra azadlığa buraxılmışdı. AXCP üzvü sosial şəbəkələrdə yazdıqları ilə bağlı sorğu-sual olunduğunu bildirmişdi.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana