'Kanal-13' rəhbərinin cəzası ləğv edilmədi

'Kanal-13' rəhbərinin cəzası ləğv edilmədi

«Kanal-13» internet televiziyasının təsisçilərindən Əziz Orucov üzərindəki şərti cəzanın və məhkumluğun götürülməsi üçün məhkəməyə üz tutmuşdu. Noyabrın 5-də Nəsimi rayon Məhkəməsi jurnalistin iddiasını təmin etməyib. Hakim Şəlalə Həsənova belə nəticəyə gəlib ki, şərti cəzanın ləğvi üçün əsas yoxdur, çünki Ə.Orucov islah olunduğunu sübut edə bilməyib.

Ə.Orucov AzadlıqRadiosuna bildirib ki, bu qərardan apellyasiya şikayəti verəcək. Onun sözlərinə görə, qərar qərəzlidir və ədalətsizdir, «Kanal-13»ün obyektiv fəaliyyətinə görə qisas məqsədi güdür. Ə.Orucov deyir ki, bu, hakim Ş.Həsənovanın ona qarşı birinci qərəzi deyil: «Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər. Bu cəza müddəti başa çatanda cinayət işi başlayıb, yenidən həbs-qətimkan tədbiri seçmişdilər. O zaman mənim haqqımda ilk həbs qərarını da sifarişlə bu hakim vermişdi. O zaman məni polisə müqavimətdə ittiham edəndə dedim ki, həqiqəti bilmək istəyirsə, saxlandığım yerdə kamera görüntülərinə baxsın. Amma eləməmişdi...».

Məhkəmədə dövlət ittihamçısı Rauf Malışov deyib ki, Ə.Orucov «hələ islah olunaraq tərbiyələnməyib». Ə.Orucov isə bildirir ki, bu ifadə onun ünvanına təhqirdir: «Mən heç vaxt nə cəmiyyətə, nə insanlara münasibətdə tərbiyəsizlik etməmişəm. Tərbiyəsizlik ədalətsizlik etməkdir, qanunları tapdalamaqdır»

>
  • ‘Qiymətlər şişirdiləcəkdisə, əməkhaqları niyə
  • Cəbhəçiyə 30 sutka verildiyi deyilir
  • Müsavat başqanının müavini: 'Polis bölməsində
  • Seymur Həzi azadlıqda
  • Bələdiyyə seçkilərində namizədlərin sayı açıqlanıb
  • 'Bələdiyyə seçkilərində yalnız sədrlik postu
  • Milli Məclis büdcəni ilk oxunuşda qəbul edib
  • 20-dən çox müsavatçının polisə çağırıldığı deyilir
  • Jurnalistlər internetin kəsilməsinə etiraz ediblər
  • Milli Şura 2 noyabr mitinqini təxirə salıb