Jurnalistlər internetin kəsilməsinə etiraz ediblər

Jurnalistlər internetin kəsilməsinə etiraz ediblər

Oktyabrın 30-da bir qrup jurnalist və bloger Bakıda etiraz aksiyası keçirib. Onlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin qarşısına qədər yürüş ediblər.

Aksiya iştirakçıları qeyd ediblər ki, mitinqlər, xüsusilə də şəhər rəhbərliyi ilə razılaşdırılmayan aksiyalar zamanı internetdə kəsintilər baş verir. Jurnalistlər vurğulayıblar ki, bu onların da fəaliyyətinə maneələr yaradır.

Aksiya iştirakçıları belə halların qarşısının alınmasını tələb ediblər.

Onlar nazirliyin binası qarşısında bəyanatlarını oxumağa başlayıblar, amma polis buna imkan verməyib.

Bununla belə aksiyanın qətnaməsi nazirliyə təqdim edilib.

Aksiyada saxlanan olmayıb.

Jurnalstlərin etirazına, hələlik, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Oktyabrın 19-da Milli Şura Bakıda etiraz aksiyası keçirmişdi. Siyasi məhbuslara azadlıq və bir sıra tələblərlə keçirilən həmin aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmamışdı.

Polis aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb. Sonradan onlardan 30-a yaxın şəxsə inzibati həbs cəzası verildiyi açıqlanıb.

Həmin gün Bakı metrosunun 3 stansiyasına giriş qapadılıb, şəhərin mərkəzində internetdə kəsintilər yaranmışdı.

Bakıda keçirilən mitinq zamanı internetin kəsilməsi məsələsi ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında da yer almışdı.

Açıqlamada deyilirdi ki, etiraz aksiyaları zamanı internetdən istifadə imkanlarını məhdudlaşdırmaq Azərbaycanın maraqlarını qorumur, əksinə, imkanlarını məhdudlaşdırır.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir, bütün fundamental azadlıqların qorunduğunu vurğulayırlar.

>
  • ‘Qiymətlər şişirdiləcəkdisə, əməkhaqları niyə
  • Cəbhəçiyə 30 sutka verildiyi deyilir
  • Müsavat başqanının müavini: 'Polis bölməsində
  • Seymur Həzi azadlıqda
  • Bələdiyyə seçkilərində namizədlərin sayı açıqlanıb
  • 'Bələdiyyə seçkilərində yalnız sədrlik postu
  • Milli Məclis büdcəni ilk oxunuşda qəbul edib
  • 20-dən çox müsavatçının polisə çağırıldığı deyilir
  • Jurnalistlər internetin kəsilməsinə etiraz ediblər
  • Milli Şura 2 noyabr mitinqini təxirə salıb