Müsavat başqanının müavini: 'Polis bölməsində söhbətlər mitinq barədə idi'

Müsavat başqanının müavini: 'Polis bölməsində söhbətlər mitinq barədə idi'

Müsavat Partiyası başqanının həbsdə olan müavini Razim Əmiraslanlının avtobus sürücüsünü söydüyünə, ondan intizamlı olmağı istəyən polislərin bu tələbinə tabe olmadığına görə cəzalandırıldığı iddia olunur. Amma R.Əmiraslanlı deyir ki, yalandır, Müsavat Partiyasının noyabrın 12-də Bakı şəhər İcra Hakimiyyətinin qarşısında keçirməyi planlaşdırdığı piketdə iştirakına imkan verməmək üçün onu bir gün əvvəl saxta ittihamla həbs ediblər. O, bu haqda noyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində danışıb. Orada R.Əmiraslanlının 15 günlük inzibati həbsi barədə Binəqədi rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

Müsavat başqanının müavini deyir ki, onu hələ noyabrın 10-da telefon vasitəsilə polis bölməsinə çağırmışdılar. Bildirdiyinə görə, noyabrın 11-də səhər saatlarında Binəqədi rayonu, 6-cı polis bölməsinə gedib, orada bölmənin rəisi və müavini ilə söhbətləri olub: «Polis bölməsində söhbətlər Müsavat Partiyasının təyin etdiyi mitinq və Bakı şəhər İcra Hakimiyyətinin qarşısındakı piket barədə oldu. Bir qədər sonra elə bölmədə guya dayanacaqda söyüş söyməyim barədə protokol tərtib edib, məhkəməyə apardılar, 15 sutkalıq həbs qərarı aldılar».

>
  • ‘Qiymətlər şişirdiləcəkdisə, əməkhaqları niyə
  • Cəbhəçiyə 30 sutka verildiyi deyilir
  • Müsavat başqanının müavini: 'Polis bölməsində
  • Seymur Həzi azadlıqda
  • Bələdiyyə seçkilərində namizədlərin sayı açıqlanıb
  • 'Bələdiyyə seçkilərində yalnız sədrlik postu
  • Milli Məclis büdcəni ilk oxunuşda qəbul edib
  • 20-dən çox müsavatçının polisə çağırıldığı deyilir
  • Jurnalistlər internetin kəsilməsinə etiraz ediblər
  • Milli Şura 2 noyabr mitinqini təxirə salıb