Cəbhəçiyə 30 sutka verildiyi deyilir

Cəbhəçiyə 30 sutka verildiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Müsahib Abbasovun dünən, noyabrın 19-da Neftçala rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən danışıblar.

Partiyadan verilən məlumata görə, M.Abbasov Bakıda işləyib, yaşasa da, Neftçala rayonunda qeydiyyatda olub. AXCP-dən qeyd edildiyinə görə, noyabrın 19-da onu Bakıda saxlayaraq Neftçala rayonuna aparıblar: «Neftçala rayon Məhkəməsi AXCP fəalını İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsinin tələblərini pozmaqda təqsirli bilib».

Amma partiyada hesab edirlər ki, M.Abbasovun hər hansı təqsiri yoxdur, onun saxlanması və barəsində inzibati cəza qərarı çıxarılması sifarişin nəticəsidir.

Bu deyilənlərə, hələlik, Neftçala rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim siyasi baxışları və dinc siyasi fəaliyyətinə görə təzyiqlərə məruz qalmır.

>
  • ‘Qiymətlər şişirdiləcəkdisə, əməkhaqları niyə
  • Cəbhəçiyə 30 sutka verildiyi deyilir
  • Müsavat başqanının müavini: 'Polis bölməsində
  • Seymur Həzi azadlıqda
  • Bələdiyyə seçkilərində namizədlərin sayı açıqlanıb
  • 'Bələdiyyə seçkilərində yalnız sədrlik postu
  • Milli Məclis büdcəni ilk oxunuşda qəbul edib
  • 20-dən çox müsavatçının polisə çağırıldığı deyilir
  • Jurnalistlər internetin kəsilməsinə etiraz ediblər
  • Milli Şura 2 noyabr mitinqini təxirə salıb