'Bələdiyyə seçkilərində yalnız sədrlik postu maraqlı ola bilir'

'Bələdiyyə seçkilərində yalnız sədrlik postu maraqlı ola bilir'

Bu ilin dekabrında Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə qatılmaq üçün noyabrın 16-na kimi 41 841 nəfər müraciət edib. Onlardan 22 529 nəfərin namizədliyi qeydə alınıb.

Halbuki, ölkədə fəaliyyət göstərən 1606 bələdiyyəyə 15 min 156 nəfər seçilməlidir. Ancaq Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü Akif Qurbanov prosesin gedişinə dair məlumatlandırmanın çox aşağı səviyyədə olduğunu düşünür. O, AzadliqRadiosunun bu barədə suallarına cavab verərkən bildirib ki, 1 aya yaxındır seçkilərə start verilib, təqribən 1 həftədən sonra namizədlərin irəli sürülməsi və sənədlərin qeydə alınması müddəti bitəcək. Onun fikrincə, buna baxmayaraq MSK cəmiyyəti intensiv olaraq məlumatlandırmır:

“ Əvvəllər komissiyanın informasiya saytında dairələr üzrə hansı bələdiyyələrdə seçkilər keçirilir, namizədlər kimlərdir və digər məsələlər haqda məlumatlar mütəmadi yerləşdirilirdi. 1 aya yaxındır seçkilərə start verilib, amma MSK informasiya təminatını deyilən şəkildə həyata keçirmir, yalnız komissiyanın iclaslarında müvafiq statistik ümumləşmiş məlumatlar yayır. Bu məlumatlar isə yetərli sayıla bilməz”

>
  • ‘Qiymətlər şişirdiləcəkdisə, əməkhaqları niyə
  • Cəbhəçiyə 30 sutka verildiyi deyilir
  • Müsavat başqanının müavini: 'Polis bölməsində
  • Seymur Həzi azadlıqda
  • Bələdiyyə seçkilərində namizədlərin sayı açıqlanıb
  • 'Bələdiyyə seçkilərində yalnız sədrlik postu
  • Milli Məclis büdcəni ilk oxunuşda qəbul edib
  • 20-dən çox müsavatçının polisə çağırıldığı deyilir
  • Jurnalistlər internetin kəsilməsinə etiraz ediblər
  • Milli Şura 2 noyabr mitinqini təxirə salıb