Bir cəbhəçinin, yoxsa xalqın sınağı?

Bir cəbhəçinin, yoxsa xalqın sınağı?

Biz insana, insanlığa qarşı vəhşilikləri filmlərdə görəndə, kitablardan oxuyanda təsirlənirik, dəhşətə gəlirik. Amma yaşadığımız ölkədə insanlar vətəndaşlıq mövqeyinə görə ağlasığmaz işgəncələrə məruz qalır. Aqil Məhərrəmə, Babək Həsənliyə, Saleh Rüstəmliyə, Tale Bağırzadəyə, Rüfət Səfərova, Abbas Hüseynə və digərlərinə verilən işgəncələrdən xəbərdarıq. Amma bir filmdən etkiləndiyimiz qədər, reallıqdan etkilənmirik.
Təəssüflər olsun ki, bütün bu neqativ hallar õ dünəndə qalmayıb, bu gün də davam edir. 2020-ci ilə də işgəncələrlə daxil olmuşuq, insanlığa zidd hallarla üzləşərək yaşayırıq.
Əgər vicdanlı olmağın, həqiqəti söyləməyin cəzası işgəncədirsə, bəs, işgəncə verənlərin, dövləti gözdən salanların, xalqın haqqın oğurlayanların cəzası nədir?
Bir daha təsdiqlənir ki, bu ölkədə “Nəsimi ili”ni Nəsimi fəlsəfəsini, Nəsimi mərdanəliyini, Nəsimi mənəviyyatını öyrənmək üçün deyil, Nəsimi dövrünün işgəncələrini, cəhalətini, çarmıxlarını yaşatmaq üçün gündəmə gətiriblər.
Multikulturalizmdən, tolerantlıqdan danışa-danışa, faşizmə qol-qanad verirlər.
Bu ölkədə bir insanın axırına çıxmaq, qədim dövrlərdəki qədər asandır.
Çünki hamı başqalarının faciəsinin tamaşaçısıdır. Hələ də “qladiator döyüşü”nə baxıb gülə biləcək qədər qəflətdəyik. Qürurumuzu, özünəinam hissimizi, mənəvi keyfiyyətlərimizi zədələyirlər. Bir ölkədə qanun, hüquq, məhkəmə varsa, işgəncə necə ola bilər?
Bu ölkəni bizdən alıb aparıblar, bu ölkəni geri qaytarmaq lazımdı.
Əlzaminin döyülməsi bir cəbhəçinin sınağı deyil, bir xalqın sınağıdır. İşgəncələr bu ölkənin bizdən, bizim bu ölkədən qaçmağımızın göstəricisidir.
Şəxsən mən yuxarıda adlarını sadaladığım adamlara dəyən yumruqları, təpikləri öz üzərimdə hiss edirəm. Mən işgəncəyə məruz qalmış adamam. Əslində, hamımız işgəncəyə məruz qalmışıq. Biz hər dəfə imtahandan “2” almaqla, vətəndaşlıq məktəbinin məzunluğundan məhrum oluruq.
Biz sınaqlardan qaçmaqla qurtulmuruq, boğuluruq. Biz zülmə boyun əymklə sağ qalmırıq, mənən ölürük.
Biz bu iyrənc gedişatı durdurmalıyıq, “qırmızı xətt”lərin keçilməsinə səssiz qalmamalıyıq.
Bir siyasi fəala bunu edə bilirlərsə, heç kimin tanımadığı sıravi vətəndaşa nələr etməzlər?

>
  • Əli Kərimliyə qarşı daha bir təxribat planı
  • AXCP fəalına qarşı işgəncələrə etiraz olaraq
  • “Avropa Şurasında böhran: Azərbaycanda əbədi
  • Gültəkin Hacıbəyliyə qarşı əxlaqsız kampaniya
  • AXCP fəalını oğurlayıblar
  • AŞPA missiyası: “Azərbaycandakı atmosfer
  • Türkiyədə zəlzələ nəticəsində 20 nəfər həlak olub
  • “Dövlətin dayaqlarını bir-bir söküb sıradan
  • Milli Şura Əlizamin Salayevin işgəncəyə məruz
  • Namussuzluğu həyat tərzinə çevirənlər