Əliyevin işgəncə həzzi

Əliyevin işgəncə həzzi

Mərdliyə qarşı namərdlik silahı

Əliyevlər dövründə Azərbaycanda elə tükürpədici, dəhşətli  hadisələr baş verdi ki, bu hadisələr əsasında filmlər çəkmək, kitablar yazmaq, tamaşalar hazırlamaq olar. Həm də bu filmlərin, kitabların, tamaşaların real həyatdan götürüldüyünə insanların çoxu şübhəylə yanaşar. Söhbət təkcə  korrupsiyadan, saxtakarlıqdan, insanların şərlənməsindən, bütün sahələrin məqsədli şəkildə məhv edilməsindən, intiharların adi hala çevrilməsindən getmir. Əliyevlər dövründə bunlardan daha dəhşətli, anti-insani bir ənənə yarandı və bu ənənə Azərbaycan tarixinin “qara səhifə”sidir.

Düşməni sevindirən zehniyyət

YAP hakimiyyəti dövründə Azərbaycan orta əsrlərə doğru sürətlə irəlilədi. Əgər imkanları olsaydı gilyotinləri,  dar ağaclarını hər kənddə bərpa edərdilər və vətəndaşa göz dağı verərdilər. Amma bu ölkənin ləyaqətli, vətənsevər insanlarına qarşı edilən vəhşiliklər heç də gilyotindən, dar ağacından geri qalmadı. Bu ölkədə inanclı gəncə günlərlə işgəncə verdikdən sonra həbsxanada çarmıxa çəkdilər. Bu ölkədə siyasi fəalı həbsxanada xərçəng xəstəsi edib, 30 yaşında ölümə məhkum etdilər. Bu ölkədə pula görə onlarla iş adamını “bandotdel”in, DTX-nın işgəncə otağında ailəsiylə təhdid etdilər, insan talelərini qaraltdılar, qanlar batırdılar. Və bütün bunlar dövlətin arxasına sığınaraq edildi. Məhkəmə hakimləri, müstəntiqlər, tibb ekspertləri yuxarıların iyrənc tapşırıqlarını həvəslə yerinə yetirdilər. Amma Əliyev rejiminin bu xalqla düşmənçiliyi bununla da yekunlaşmadı. Rejimin repressiya və işgəncələri düşmənin də üzünü güldürdü. Belə ki, Qarabağ qazilərinə, düşmənə güllə atanlara divan tutuldu və bu gün da bu dəhşətlər davam edir. Qarabağ qazisi Babək Həsənliyə, Asif Yusifliyə, Əfqan Muxtarlıya, Saleh Rüstəmliyə qarşı xüsusi qəddarlıq edildi. Erməni əsirinə meyvə suyu, rəsm çəkmək üçün sulu boya, skaypla ailəsiylə  danışmaq imkanı  yaradanlar, Babək Həsənlinin bədənin məhz əməliyyat olunmuş nahiyəsinə zərbə endirdilər, elektrikə qoşdular. Bu gün də bu şəxslər zindandadır. Onların yeganə günahı haqqı demələri, ölkədəki ədalətsizliyə etiraz etməlidir. Göründüyü kimi,  Əliyev rejimi bu ölkənin qəhrəman hesab edilən oğullarına divan tutub və bununla düşmənə ən böyük hədiyyə verib. Əli Azərbaycanlıların qanına batmış Sarkisyanlarla, Köçəryanlarla gülə-gülə danışıb, əlini-qolunu bu vətən uğrunda fəda edənlərə isə zəhm göstəriblər. Vətən sevdalılarına, vicdanla yaşayanlara işgəncə vermək rejimin hobbisinə çevrildi. Elə bir vəziyyət yaratdılar ki, düşmənə ehtiyac qalmadı.

>
  • Əli Kərimliyə qarşı daha bir təxribat planı
  • AXCP fəalına qarşı işgəncələrə etiraz olaraq
  • “Avropa Şurasında böhran: Azərbaycanda əbədi
  • Gültəkin Hacıbəyliyə qarşı əxlaqsız kampaniya
  • AXCP fəalını oğurlayıblar
  • AŞPA missiyası: “Azərbaycandakı atmosfer
  • Türkiyədə zəlzələ nəticəsində 20 nəfər həlak olub
  • “Dövlətin dayaqlarını bir-bir söküb sıradan
  • Milli Şura Əlizamin Salayevin işgəncəyə məruz
  • Namussuzluğu həyat tərzinə çevirənlər