AXCP-nin iki fəalı saxlanılıb

AXCP-nin iki fəalı saxlanılıb

Bu gün, avqustun 7-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha iki fəalı, Xətai rayon təşkilatının üzvləri Tural Atakişiyev (Pünhan) Bakıda, Əlisəfa İsayev Qəbələ rayonunda saxlanılaraq Bakıya gətirilib. Bu barədə AXCP məlumat yayıb.

AXCP ehtimal edir ki, onları 14-15 iyul Qarabağ mitinqinə görə saxlayıblar.

Rəsmi qurumlar AXCP fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə AXCP-nin 47 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər hazırda inzibati həbsdədir, 13 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə hazırda AXCP-nin 42 fəalı siyasi sifarişlə həbsədədir. İki nəfərin taleyi hələ məlum deyil,” məlumatda qeyd edilir.

>
  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
  • 16 – sailı hövsan polinlikakasında görülməz
  • Masallı rayon Yol İstismar İdarəsinin uğurları
  • Şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa
  • Qəbələ rayon icra başçısı Səbuhi Abdullayevin
  • Necə deyərlər, qorxunun əcələ faydası yoxdur
  • Fuad Qəhrəmanlının həyatı təhlükədədir
  • “AZAL”ın gəlirləri hara gedir?
  • Ağsuda şəhidə hörmətsizlik: Məzarın üzərindəki
  • Sürücülərin pulunu kim yeyir – BNA yoxsa