Cinayət məsuliyyətinə cəlb olunan AXCP üzvlərinin sonuncularının da şikayəti təmin olunmayıb

Cinayət məsuliyyətinə cəlb olunan AXCP üzvlərinin sonuncularının da şikayəti təmin olunmayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində Qarabağa dəstək yürüşünə görə barələrində həbs qətimkan tədbiri seçilən daha iki AXCP üzvünün şikayətinə baxılıb. Faiq Qasımovun sədrliyi ilə AXCP Qaradağ Şöbəsinin sədri Elnur Cabbarovun, Vaqif Mursaqulovun sədrliyi ilə AXCP Abşeron Rayon Şöbəsinin fəalı Müşviq Quliyevin həbs qərarlarının ləğv edilməsi ilə bağlı vəkillərin verdiyi şikayətlər təmin edilməyib. Hər iki təqsirləndirilən şəxsin məhkəmə zalında iştirakı təşkil olunmayıb. Həmin şəxslərin məhkəmədə iştirakdan imtina etməkləri barədə istintaq orqanının təqdim etdiyi ərizələr isə həbs olunanların vəkilləri və yaxınları tərəfindən şübhəli qarşılanıb.

Beləliklə, Baş Prokurorluğun İstintaq İdarəsində CM-nin 186.2.1, 233 və 315-ci maddələri ilə (iki nəfərdə isə əlavə olaraq CM-nin 278-ci maddəsi) açılmış cinayət işində indiyə kimi 34 nəfər barədə həbs qətimkan tədbiri seçilib. Onlardan 15 nəfər AXCP üzvünün həbs qərarından şikayət verilib ( Fuad Qəhrəmanlı məlum olmayan səbəbdən apelyasiya şikayətindən imtina edib) və heç biri təmin edilməyib. Məhkəmə iclaslarında yalnız 3 nəfərin (Asif Yusifli, Gündüz Mirzəyev və Məmməd İbrahim) iştirakı təmin edilib. Bir nəfər Telman Seyfullayev isə məhkəmə iclasına onlayn şəkildə qoşulub. Qeyri siyasilərdən isə 5 nəfərin apelyasiya şikayətinə baxılıb, onlar da təmin edilməyib.
Bundan əlavə 5 nəfər barədə CM-nin 139-1.1 maddəsi ilə cinayət işi açılıb. Onlardan da bir nəfər AXCP üzvü, bir nəfəri isə AXCP sədrinin müşavirinin oğludur. Bu iki şəxsin də həbsindən apelyasiya şikayətləri verilib və təmin edilməyib.
16 nəfər AXCP üzvü barəsində isə inzibati həbs cəzası seçilib. Onların həbs qərarlarından da apelyasiya şikayətləri verilib və əksəriyyəti baxılılaraq təmin edilməyib. Bir neçə şikayətə isə hələ baxılmayıb.

>
  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
  • 16 – sailı hövsan polinlikakasında görülməz
  • Masallı rayon Yol İstismar İdarəsinin uğurları
  • Şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa
  • Qəbələ rayon icra başçısı Səbuhi Abdullayevin
  • Necə deyərlər, qorxunun əcələ faydası yoxdur
  • Fuad Qəhrəmanlının həyatı təhlükədədir
  • “AZAL”ın gəlirləri hara gedir?
  • Ağsuda şəhidə hörmətsizlik: Məzarın üzərindəki
  • Sürücülərin pulunu kim yeyir – BNA yoxsa