Bu gün Azərbaycanda dövlət terroru var

Bu gün Azərbaycanda dövlət terroru var

Rafiq Manaflı

Azərbaycanda diktatura yoxdur. Diktaturalar hansısa ideologiya ətrafında geniş xalq kütlələrinin iştirakı və dəstəyi ilə qurulur.
Bu gün Azərbaycanda dövlət terroru var. 28 ildir ölkədə siyasi həyat monarxiya meylli avtoritar sistemin qurulması istiqamətində cərəyan edib. Bir tərəfdən bəşəri tərəqqinin, sivilasion inkişafın müasir tələbləri və çağırışları çərçivəsində bu qeyri-təbii, antisosial prosesin qaçılmaz olaraq iflasa məhkum olması, digər tərəfdən bu prosesi dövlətçilik anlayışı olmayan, bütün fibraları ilə şəxsi mənafedən o yana heç nə anlamayan və tamamilə qeyri-kompotent bir dəstənin aparması ölkəni elə bir iflic vəziyyətə salıb ki, rejim özünü qorumaq üçün siyasi rəqiblərinə qarşı dövlətin bütün gücündən yararlanmağa getməli olub. Belə hərəkətlər isə terrorizm haqqında Cenevrə deklarasiyasının birinci bəndinə uyğun olaraq dövlət terrorizmi hesab olunur və cavab verəcəkləri gün də uzaqda deyil.
Digər tərəfdən illərdir davam edən bu prosesin formalaşdırdığı mənəvi-siyasi atmosfer ölkədə fəaliyyət göstərən siyasi güclərin üç qrupa bölünməsinə gətirib çıxarıb.
Bir qütb mövcud durumu qorumağa çalışan ekstremist, terrorist, konservativ hakim dairələrdir.
İkinci qütb bu hakimiyyətin islah olunmayacağını, bu rejimlə heç nəyin dəyişməyəcəyini aydın görən və bütün təhlükələri göz ardına alaraq dəyişikliklər uğrunda mübarizə aparan qüvvələrdir.
Və ortada qalan heç nəyini itirmədən öz mövcudluqlarını, siyasi və iqtisadi statuslarını qorumaq naminə bu dağılmış siyasi sistem mühitində guya siyasi manevrlər edən siyasi marginal dəstə.
Təbii ki, bu rejimə müqavimət həmişə olub. Amma bütün bu illərdə ictimai fəal insanlar bəzən yüksələn, bəzən enən xəttlərlə ictimai müqaviməti təşkil edə bilsələr də bütövlükdə kütlə öz biganəliyini qoruyub saxlamaqdadır.
Əhali, baxmayaraq ki bu rejimdən narazıdır, acıqlıdır, ona nifrət edir, amma hələ ki onu rədd etməyə hazır deyil. Və rədd etməyə hazır olmadığı üçün alternativləri görmür, kim olacaq, kim gələcək deyə vurnuxur.
Kütlə daxilən, psixoloji olaraq bu rejimi rədd etməyə hazır olduğu an hər şey dəyişəcək. İnsanlar hər şeyi çox aydın görəcəklər – bu rejimin çürük diş kimi necə laxladığını, nə qədər zəif olduğunu da, kimin nəyə xidmət etdiyini də, gözə girən alternativləri də.

>
  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
  • 16 – sailı hövsan polinlikakasında görülməz
  • Masallı rayon Yol İstismar İdarəsinin uğurları
  • Şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa
  • Qəbələ rayon icra başçısı Səbuhi Abdullayevin
  • Necə deyərlər, qorxunun əcələ faydası yoxdur
  • Fuad Qəhrəmanlının həyatı təhlükədədir
  • “AZAL”ın gəlirləri hara gedir?
  • Ağsuda şəhidə hörmətsizlik: Məzarın üzərindəki
  • Sürücülərin pulunu kim yeyir – BNA yoxsa