Bütün fəlakətlər İlham Əliyevin varlanması üçündür

Bütün fəlakətlər İlham Əliyevin varlanması üçündür

Mübariz Mənsimovun sərvətlərinə əl qoyuldu

Bu ağır iqtisadi böhran dövründə, pandemiyanın şıdırğı zamanında İlham Əliyevin «əli qudurub». Bir tərəfdən Londondan qızı Leyla Əliyevanın şirkəti üçün aldığı 100 ədəd «pomidor taksi»lərin bayramını edir, o biri tərəfdən də indi Cəbəllütariq boğazında başqa bir bayramdır.
Mübariz Mənsimovun Palmali şirkətinə aid olan 6 ədəd gəmi indi Cəbəllütariq yaxasında dəmir atıb. Hər biri 5-6 min tonluq yük daşıyan bu gəmilər «Naxçıvan», «Şirvan», «Əhməd Mahmudov», «Mirzağa Xəlilov», «Riyad Əhmədov», «İsmayıl Şıxlı» adlı gəmilərdir. Bu günlərdə onların təhvil – təslimi üçün Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun və general Bəylər Əyyubovun göndərdiyi heyət iş başındadır. Bu gəmilərin toplam qiyməti 50-60 milyon dollara yaxındır.
«Palmali»dən alınan gəmilər GN group adlı logistika şirkətinə təhvil verilir. Xatırladım ki, GN group İlham Əliyevin ailəsinə aid olan şirkətlərdən biridir, bu şirkətin balansında «Lady Leyla» və Lady Arzu» adlı böyük yük gəmiləri də okean sularında üzür.
Cəbəllütariqdə işləyən xüsusi qrup gəmilərin yeni sənədləşmələrini həll etməli, dənizçi heyəti ilə görüşlər keçirməli və gəmilərin adlarını dəyişməlidir.
Bütün fəlakətlər İlham Əliyevin daha da varlanması üçündür !

>
  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
  • 16 – sailı hövsan polinlikakasında görülməz
  • Masallı rayon Yol İstismar İdarəsinin uğurları
  • Şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa
  • Qəbələ rayon icra başçısı Səbuhi Abdullayevin
  • Necə deyərlər, qorxunun əcələ faydası yoxdur
  • Fuad Qəhrəmanlının həyatı təhlükədədir
  • “AZAL”ın gəlirləri hara gedir?
  • Ağsuda şəhidə hörmətsizlik: Məzarın üzərindəki
  • Sürücülərin pulunu kim yeyir – BNA yoxsa