İlham Əliyev müxalifətçi əti də yesəydi…

İlham Əliyev müxalifətçi əti də yesəydi…

Cəmil Həsənli
Milli Şura sədri, professor

Vaxtı ilə Səddam Hüseyin öz əleyhdarların oğurlatdığı kimi, bu gün İlham Əliyev də cəbhəçi oğurluğu ilə məşğuldur, vaxtı ilə SAVAK Məhəmməd Rza şahın işgəncə laboratoriyasına çevrildiyi kimi, “Bandotdel” də XXI əsrin “modern” tiranı İlham Əliyevin işgəncə laboratoriyasına çevrilib, Pəhləvilərin Evin və Qəsri Qacar zindanları, Stalinin Lefortovo müthişləri İlham Əliyevin işgəncə texnologiyalarına həsəd apara bilər. İlham Əliyevin idarəçiliyi dövründə insan oğurluğu, jurnalistlərin qətlə yetirilməsi, adamların üzərindən avtomobil sürülməsi, blogerlərin istintaq altında döyülüb öldürülməsi, insanların bədəninə elektrik cərəyanı verilməsi, istintaq altında olan təqsirləndirilən şəxslərin zorlanması adı hala çevrilib. Bir kannabalizm qalır, İlham Əliyev müxalifətçi əti də yesəydi işgəncə nominasiyası üzrə dünya rekordu vurardı.

Əliyevin iyrənc işgəncə metodlarından biri də onun öz əleyhdarlarını yaxın adamlarına verilən işgəncələrlə sındırma taktikasıdır. 19 oktyabrdan sonra bu rəzil təhdid Tofiq Yaqubluya qarşı tətbiq edilmişdi. Oğlu Rəhimə onunla qonşu otaqda işgəncə verilmişdi. İştirak etdiyim məhkəmə proseslərində Əliyev istintaqçılarının cinayət əməllərinə dair çox dəhşətli faktlar eşitmişəm. Adamlar öz ifadələrində etiraf ediblər ki, onları sındırmaq üçün həyat yoldaşlarını, qız övladlarını gətirilib gözləri qarşısında zorlayacaqları ilə təhdid ediblər, onların özlərinin zorlanması təhdidi altında təsdiqləyici ifadələr alıblar. Leyla Yunus xanım mənə Tərtər işi ilə bağlı ittiham və məhkəmə hökmünü göndərmişdi. İstintaq altında olan hərbi qulluqçuların zorlanması, insan ləyaqətinin zorlanma yolu ilə alçaldılması haqqında dəhşətli faktlar vardı. İlham Əliyevin idarəçiliyi dövründə Azərbaycan hüquq sistemi belə binamus vəziyyətə salınıb.

Hazırda Əliyevin işgəncə laboratoriyalarında cəbhəçilər üzərində anti-insani zorakılıq metodları həyata keçirilir. İşgəncənin miqyasından 4 dəfə siyasi məhbus həyatı yaşamış Fuad Qəhrəmanlı öz vəkilindən və apelyasiya şikayətindən imtina edir. Seymur Əhmədzadə özünü “Osvensim”də his edir, Niyaməddin Əhmədovun böyrəklərindən qan sızır. XXI əsrdə Azərbaycana “Osvensim” metodların gətirən, “Osvensim” əzabların yaşadan, “Osvensim” üsulu ilə insan talelərini məhv edən İlham Əliyevdir. Və bir ziyalı da yazır ki, heç kim prezidentlə ziyalılar arasına girə bilməz. Tarix üçün yazıram: bu gün ölkədə işgəncə laboratoriyası yaradıb insan talelərini məhv edən İlham Əliyevin yanında olmaq “Osvensim”in yanında olmaqdır. Bu gün ziyalı ilə, xalq ilə, millət ilə İlham Əliyev və onun kriminal rejimi arasında şair Seymur Əhmədzadənin özünü hiss etdiyi Azərbaycan “Osvensim”i dayanır. Öz fiziki anatomiyasına görə Göbbelsin urod forması ilə Mir Şahin hazırda İlham Əliyevin ölkədə yaratdığı “Osvensim” abu-havasının son dərvişi kimi təğyiri libas olur, hamıdan onun kimi düşünməyi tələb edir: “Ata dövlət mənim üçün prezidentdir, ana vətən mənim üçün Mehriban Əliyevadir.” Əlbəttə, bu sərsəm ifadə tarix üçün yeni deyil. Vaxtı ilə Göbbels də Adolf Hitler və nasizmin “mələksima” anası sayılan Yeva Braun haqqında belə qanadlı ifadələr işlətmişdi. Az sonra ikisinin də qanadlarını yoldular.

Son 3 həftə ərzində cəbhəçilərin üzərində dünyanı heyrətə sala biləcək amansız işgəncə metodları həyata keçirir. Onlar xüsusi laboratoriyalarda döyülür, ləyaqətləri alçaldılır, bədənlərinə elektrik cərəyanı verilir. Etmədiyi əməllərə görə amansız metodlarla onlardan təsdiqləyici “ifadələr” alırlar, olmayan dövlət çevrilişi haqqında “hüquqi” əsaslar yaradırlar, belə gülünc metodlarla tək insanları deyil, hüququn özün də zorlayırlar, onu Elxan Süleymanovun AŞPA məruzəçilərinin Otel odasına saldığı fahişəyə çevirirlər.

>
  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
  • 16 – sailı hövsan polinlikakasında görülməz
  • Masallı rayon Yol İstismar İdarəsinin uğurları
  • Şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa
  • Qəbələ rayon icra başçısı Səbuhi Abdullayevin
  • Necə deyərlər, qorxunun əcələ faydası yoxdur
  • Fuad Qəhrəmanlının həyatı təhlükədədir
  • “AZAL”ın gəlirləri hara gedir?
  • Ağsuda şəhidə hörmətsizlik: Məzarın üzərindəki
  • Sürücülərin pulunu kim yeyir – BNA yoxsa