Heydər Əliyev nə vaxt səmimi idi?

Heydər Əliyev nə vaxt səmimi idi?

Eldar Abbasov

Tam 45 il əvvəl — 14 avqust 1975 – ci ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev «qardaş» Ermənistan və dost Gürcüstan sovet respublikalarından gələn yüksək səviyyəli qonaqların iştirakı ilə «əfsanəvi» bolşevik və Bakı şəhərinin müsəlman əhalisinin mart qırğınlarının təşkilatçısı Stepan Şaumyanın abidəsini açmışdı. “Qardaş” Ermənistanın nümayəndə heyətinə Ermənistan KP MK-nın katibi Vladimir Baqratoviç Qalumyan, dost Gürcüstan nümayəndə heyətinə isə Gürcüstan KP MK-nın katibi Zurab Aleksandroviç Pataridze rəhbərlik edirdi. Mərasimin ən “dəyərli” qonağı isə Stepan Şaumyanın oğlu Sergey Şaumyan idi.

Abidənin açılış mərasimində Respublika partiya təşkilatının rəhbəri Heydər Əliyev böyük nitq söylədi. O, xüsusilə o qeyt etdi ki, “Erməni xalqının böyük oğlu Stepan Şaumyan eyni zamanda Azərbaycan xalqına da mənsubdur… Qədirbilən Azərbaycan xalqı Stepan Şaumyanın xatirəsini Müqəddəs ehtiramla yad edir. Azərbaycan zəhmətkeşləri ona dərin məhəbbət və hörmət əlaməti olaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzini, respublikanın iki rayonunu, onlarla zavod və fabrikləri, kolxoz və sovxozları, kitabxanaları, məktəbləri, xəstəxanaları, Mədəniyyət saraylarını Şaumyanın adı ilə adlandırdılar. Azərbaycanın bütün şəhər və rayon mərkəzlərində onun adını daşıyan küçələr var. Bu gün də biz Bakıda, Sovet Azərbaycanının paytaxtında bolşevik leninskinin bu möhtəşəm abidəsini açdıq”. (Газета «Бакинский рабочий» № 189 (17411). 15 августа 1975 г.)

“Qardaş” Ermənistanın Dağlıq Qarabağa olan iddealrı və bununla əlaqədar olaraq Azerbaycanla Ermenistan arasında yüksəlməkdə olan qarşıdurma şəraitində 1990-cı ildə Stepan Şaumyana böyük təntənə ilə yüksəldilən abidə dağıdıldı.

31 yanvar 1997-ci ildə Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi, həqiqi üzvləri və müxbir üzvləri, AMEA institutlarının direktorları və aparıcı mütəxəssisləri ilə görüşdə XX əsr gerçək Azərbaycan tarixinin yazılması mvsələsindən bəhs edərkən Stepan Şaumyanın haqqında bunları söyləmişdi: “Mən 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik edən adamam. O vaxt biz 26 Bakı komissarının rəhbərlərinin yubileylərini, o cümlədən Şaumyanın yubileyini qeyd edirdik. Şaumyan haqqında yazılanları təkzib edən heç olmasa bir tarixçi tapıldımı? Bunu heç kim etməmişdi. Xatırlayıram, mən Şaumyanın yubileyini keçirərkən Tarix İnstitutundan, Partiyanın Tarixi İnstitutundan materiallar tələb edirdim və hamı Şaumyanın elə bir ifadələrinə istinad edirdi ki, biz onun dahi olduğunu düşünürdük”. (Газета “Бакинский рабочий”, 5 февраля 1997 года)

Əcaba, Heydər Əliyev 1975-ci ildə Stepan Şaumyanın abidəsinin açılışında onu pafoslu ifadələrlə mədh etdiyindəmi, yoxsa 1997-ci ildə Stepan Şaumyan haqqında ona yanlış məlumat verildiyini söylədiyindəmi səmimi idi?

>
  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
  • 16 – sailı hövsan polinlikakasında görülməz
  • Masallı rayon Yol İstismar İdarəsinin uğurları
  • Şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa
  • Qəbələ rayon icra başçısı Səbuhi Abdullayevin
  • Necə deyərlər, qorxunun əcələ faydası yoxdur
  • Fuad Qəhrəmanlının həyatı təhlükədədir
  • “AZAL”ın gəlirləri hara gedir?
  • Ağsuda şəhidə hörmətsizlik: Məzarın üzərindəki
  • Sürücülərin pulunu kim yeyir – BNA yoxsa