Bakıda aksiya. Tofiq Yaqubunun döyüldüyü deyilir, polis təkzib edir

Bakıda aksiya. Tofiq Yaqubunun döyüldüyü deyilir, polis təkzib edir

DİN Tofiq Yaqublunun bölmədə döyülməsini təkzib edir

“Bu gun, dekabrın 1-də şəhərin mərkəzində razılaşdırılmayan aksiyada saxlanılanalar arasında qadın və azyaşlı yoxdur”

Bu barədə mətbuatın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, saxlanan şəxslərin bir qisminə xəbərdarlıq edilərək sərbəst buraxılıb, digərləri barəsində araşdırmalar davam etdirilir.

Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya polisin xəsarət yetirməsi ilə bağlı deyilənlərə cavab olaraq da şöbə rəisi əlavə edib ki, onun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır:

“Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qayda da araşdırılacaq”.

***

"İşgəncələrə son" aksiyası keçirilir.

Hazırda Səbail Rayon 39-cu polis bölməsinin qarşısında "İşgəncələrə son" aksiyası keçirilir.

Aksiya iştirakçıları iddia edirlər ki, Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu həmin bölmədə işgəncələrə məruz qalıb.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

***

Tofiq Yaqublunun döyüldüyü deyilir

Saxlananlardan Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun döyüldüyü bildirilir.

Bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

Onun bildirdiyinə görə, Tofiq Yaqublunun sifətində ciddi xəsarət yerləri də var. Qızının əlavə etməsinə görə, o, Ələtdə sərbəst buraxılıb.

>
  • Vətəndaş və İnkişaf Partiyasının sədr müavini
  • Qarabağ döyüşçüsünün prezidentə müraciəti.
  • Elcin Mirzağa oğlu Mirzəzadə kimi gənclərimiz,
  • Bakıda aksiya. Tofiq Yaqubunun döyüldüyü deyilir,
  • Prokurorluq: Helikopterin qəzaya uğramasında
  • Zakir Sultanova 12 il həbs istənildi
  • Bakı Bisnes Universitetinin Dekanı Şahin Tofiq
  • Azərbaycanın müdafiə sistemində korrupsiya riski
  • Gənc müqənni Xeyyam Hesenoglunun yeni mahnısı -
  • “Masallıda Bələdiyyə sədri Əhliman Əliyev
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.