Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi - Builki ixtisas balları artıb, azalıb?..

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi - Builki ixtisas balları artıb, azalıb?..

2017-2018-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarının yekunlaşmağına az qalıb. Artıq bir neçə həftədən sonra bakalavr  pilləsinə imtahanlardan uğurla keçərək müsabiqəyə buraxılan  abitruyentlər ixtisas seçimi edəcəklər.

 

Adətən ali təhsil ocaqlarından asılı olaraq hər il ixtisasların keçid ballarında müəyyən dəyişiklik müşahidə olunur. Bəs bu il  necə olacaq? İxtisas ballarının artma və ya azalma ehtimalı nə qədərdir?

 

Hurriyyet.info-nun məlumatına görə, Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə modern.az-a açıqlamasında  deyib ki, ixtisaslar üzrə keçid balı imtahandan sonra formalaşdığı üçün hazırda proqnoz vermək çətindir: 

 

“Müsabiqədən sonra  abitruyentlər ixtisas seçimi edir və yalnız bundan sonra keçid balı formalaşır. Buna görə də əvvəlcədən proqnoz vermək nəzəri cəhətdən mümkün deyil. Amma minimal müsabiqə şərtləri bəllidir.

 

İyulun 14-də II və III ixtisas qruplarının, iyulun 22-si isə I və IV ixtisas qruplarının imtahanıdır. İyulun 29-dan avqustun 10-na qədər ixtisas seçimi olacaq. Bundan təqribən iki-üç gün sonra isə kimin hansı ali təhsil müəssisəsinə qəbul olunduğu bilinəcək. 

 

Müsabiqənin nəticələri açıqlanan zaman ixtisaslar üzrə  keçid balının nə qədər olduğu bəlli olur. Hardasa avqustun 12-si və ya 13-də ixtisaslar üzrə ali təhsil müəssisələrində keçid balının nə qədər olduğu məlum olacaq. Qeyd edim ki, plan yerləri, həmin yerlərə qəbul olunan abitruyentlərin sayı, yekun nəticələr kimi parametrlər  ixtisasların keçid balının müəyyənləşməsinə təsir edir”.

 

X.Xanlarzadənin sözlərinə görə, “keçid ballarını DİM müəyyən edir” fikri yanlışdır. 

 

“Keçid balı müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 40 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 200 nəfər göstərib. Bu zaman həmin 200 nəfərdən ən yüksək bal toplayan 40 abituriyent bu ixtisasa qəbul edilir və 40-cı abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur”.

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt
  • Vəkil Əfqan Muxtarlı ilə görüşüb