Təqiblərə, təzyiqlərə, həbslərə əyilməyən boyunlar

Təqiblərə, təzyiqlərə, həbslərə əyilməyən boyunlar

Uzun illər Bakı Dövlət Universitetinin həyətində bir yazılı daş çoxu kimi mənim də qəlbimi göynətdi. Həmin daş büstün üzərində bu sözlər yazılmışdı. “Burada Məmməd Əmin Rəsulzadənin büstü qpyulacaq!” Amma əfsuslar olsun ki, heç birimiz o zamandan bu zamana həmin büstün qoyulmasının şahidi ola bilmədik. Bir neçə il sonra isə o daş lövhə də oradan yığışdırıldı. Azərbaycan tarixinə özkeçmişinə biganə qalan və tariximizin qızıl səhifələrini təhrif etməyə birmənalı şəkildə həvəsli olan Əliyevlər ailəsi sözün əsl mənasında Azərbaycan Cumhiriyyətinin banisi əsl Azərbaycanlı və Vətəni üçün hər şeyindən keçən Rəsulzadə kimi mütəfəkkiri hər kəsin yaddasından silməyə çalışdılar. Amma Vətənini sevən çox insanın qəlbindən əsla silə bilməyəcəklərinə ağıl edə bilmədilər.

Əslində sözümün canı bu deyil, əziz dostum. Sözümün canı odur ki, Azərbaycan və Azərbaycançılıq üçün hər şeyini fəda edən Məmməd Əmin Rəsulzadə kimi Azərbaycanın cumhirriyyət gününə də sayqı qalmamış bu hakimiyyətin ünsirləri tərəfindən. Bir tərəfdə xalqını maarifləndirən və dövlətçilik ənənələrini gücləndirən Rəsulzadə, bir tərəfəndə isə xalqın qanını sovuran qaniçən Rus imperiyasının ünsiri və davamçısı kimi Əliyevlər…

Son illərdə xüsusən güclənən represiya dalğası 1937-ci ildə olduğu kimi yenidən genişmiqyaslı vüsət alıb. Sözünü deyən hər kəsi müxtəlif saxta ittihamlarla dama basmağa, öldürməyə, hədələməyə tələsir canab İlham Əliyev. Yalnız son 2016-2017ci illərdəki həbslərə nəzər salsaq nə demək istədiyim aydın olacaq.

Əslində bütün Beynəlxalq Təşkilatlar Azərbaycanda repressiyanın yenidən başlanmasını pisləyib və son vaxtlar həbs olunan ən azı 15 bloger, KİV işçisi və müstəqil jurnalistin dərhal azadlığa buraxılmasına çağırıb.

Tanınmış bloqçu Mehman Hüseynov martın 3-də 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmü Suraxanı rayon məhkəməsi çıxarıb. İddiaçı Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev idi. Polis rəisi iddia edir ki, M.Hüseynov polisdə işgəncəyə məruz qaldığını deməklə onlara böhtan atıb. Bir müddətdir davam edən məhkəmə sonda iddianı təmin edib və bloqçu elə məhkəmə zalındaca həbs olunub.

Polis rəisinin nümayəndəsi Əlirza Əbilov məhkəmə çıxışında iddialarını “əsaslandırıb” və bloqşuya 3 il həbs cəzası verilməsini istəyib. AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-də Gürcüstandan Azərbaycana keçərkən sərhəddə saxlanılıbSəbail Rayon Məhkəməsinin qərarı ilə Gözəl Bayramlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.  Dövlət Sərhəd Xidməti bildirir ki, Gözəl Bayramlının əl yükünə baxış keçirilərkən "bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb". Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci, qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb, qurumun məlumatında qeyd edilir. AXCP lideri Əli Kərimli onun saxlanılmasını "siyasi sifariş" adlandırıb və əlavə edib ki, Gözəl Bayramlı onun azadlıqda olan sonuncu müavini idi. Gözəl Bayramlı bu ilin aprel ayında təxminən 5 saata yaxın istintaq idarəsində dindirilib. Gürcüstanın paytaxtı Tbilisidə yaşayan jurnalist Əfqan Muxtarlı mayın 29-da, axşam saatlarında "yoxa" çıxıb. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Leyla Mustafayeva məlumat verib. Onun sözlərinə görə, həmin gün axşam saat 7 radələrindən etibarən Əfqanın telefonuna zəng çatmır. L.Mustafayeva artıq polisə ərizə ilə müraciət etdiklərini deyir. 

Əfqan Muxtarlı Azərbaycan hakimiyyətini tənqid edən fikirləri ilə tanınır. Bir müddət öncə hakimiyyətyönlü "haqqın.az" saytı Gürcüstanda yaşayan fəal azərbaycanlılarla bağlı məqalə yazmışdı. Həmin məqalədə adı çəkilən şəxslərin Azərbaycan əleyhinə fəaliyyət göstərdiyi vurğulanırdı. Adı hallandırılan şəxslərdən biri də Əfqan Muxtarlı idi. Qaçaqmalçılıq və sərhəddi qanunsuz keçməkdə ittiham olunan Əfqan Muxtarlı hazırda istintaq altındadır. O, hakimiyətin təqibləri səbəbindən 2014-cü ildə ölkəni tərk edib, mayın 29-da isə Tbilisidə oğurlanaraq Azərbaycan hakimiyyətinə təhvil verilib.

Yeni repressiya qurbanları arasında Jam.az veb-saytının redaktoru Fikrət Fərəməzoğlu da var. O, iyunun 14-də 7 il azadlıqdan məhrum edilib və azadlığa buraxıldıqdan sonra iki il jurnalist fəaliyyətinə qadağa qoyulub.

Müstəqil jurnalist Nicat Əmiraslanov sosial şəbəkələrdə hakimiyyəti tənqid etdikdən sonra mayın 22-də saxlanılıb və 30 sutka həbs edilib. Polisdə döyüldüyünə görə dişləri düşüb, məhkəmədə dişsiz vəziyyətdə olub. Vəkil bildirib ki, hansısa yolla onu məcbur ediblər ki, apellyasiyadan imtina etsin və günahını etiraf etsin.

Həbslər, işgəncələr, uydurma ittihamlarla mühakimələr Azərbaycanda müstəqil jurnalistlər üçün normaya çevrilib ki, bu da hakimiyyətin son tənqidçilərə zərbə endirmək istəyindən xəbər verir.

Saxlanılan jurnalistlərin hamısı buraxılmalıdır. Bu, aktualdır, xüsusilə də onların çoxunun işgəncələrə məruz qaldığı və səhhətilə bağlı problemin olduğu halda. Biz Azərbaycanın beynəlxalq tərəfdaşlarını insan hüquqları sahəsində öhdəliklərini hakimiyyətə xatırlatmağa çağırırıq.

Bundan əlavə, digər iki KİV əməkdaşına qarşı istintaq aparılır. Onlardan biri "Kanal 13"-dən Əziz Orucovdur. O, mayın 2-də qanunsuz sahibkarlığa görə həbs edilib.

Müxalifətyönümlü "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirov isə vergidən yayınma ittihamı ilə məhkəmə qarşısında dayanıb. Halbuki, öncə onu dini ədavətin qızışdırılması ittihamı ilə həbs etmişdilər.

F.Əmirov xroniki mədə xəstəliyindən əziyyət çəkir. Həbsdə olduğu 10 ay müddətində müvafiq tibbi yardım almadığına görə vəziyyəti çox pisdir.

Ölkə hakimiyyəti İnternet resurslarını təqibə başlayıb, beş müstəqil xəbər saytı bloklanıb. "Azadlıq" radiosu prezident İlham Əliyevin yaxın qohumlarının maliyyə fəaliyyətini araşdırıb. Həmçinin "Azadlıq" qəzeti və Berlində fəaliyyət göstərən "Meydan" TV-nin saytları bloklanıb.

Azərbaycan 2017-ci ildə mətbuat azadlığı indeksi üzrə 180 ölkə arasında 162-ci yeri tutur.

Sadaladığım bütün bu faktlar həbs və təqib olunan söz sahiblərinin təbii ki, hamısı deyil. İstənilən halda həbslər və hədələr öz bəhrəsini verməyəcək, əksinə bu bizi və ölkəsini sevən hər bir gənci, söz sahibi olan mütəfəkkirləri daha da güclü və əqidəsinə sadiq edəcək. Heç bir hədələr söz sahiblərinin sözünü və qələmini əlindən almağa yetməyəcək...!

Xatırladım ki,  Azərbaycan Respublikasının Konstitusiyasında deyildiyi kimi Hakimiyyətin yeganə sahibi və mənbəyi xalqdır!

 

Gülnar Məsimova

>