📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

11 saylıdan 8 nəfər azadlığa buraxıldı

2023-05-08 13:08:00

11 saylıdan 8 nəfər azadlığa buraxıldı

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

Məhbusların cəza çəkdiyi bu Cəzaçəkmə Müəssisəsində 8 nəfər azadlığa buraxılıb.

Onlardan 1 nəfər Rusiya vətəndaşı, 7 nəfər isə Azərbaycan vətəndaşıdır.

Sərəncama əsasən, 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 24 nəfərin cəzası azaldılıb.