📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

15 ÖLÜ, 40 YARALI - Pakistanda güclü yağış və sel faciəyə səbəb oldu

2026-07-23 11:42:35

15 ÖLÜ, 40 YARALI - Pakistanda güclü yağış və sel faciəyə səbəb oldu

Pakistanda musson yağışlarının yaratdığı sel və digər təbii fəlakətlər nəticəsində son 24 saat ərzində azı 15 nəfər həlak olub, 40 nəfər yaralanıb.

"PAK News" xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlərin İdarə Olunması İdarəsi (NDMA) məlumat yayıb.

Məlumata görə, ölənlərdən 9-u və yaralananlardan 38-i Pəncab əyalətində, 6 nəfər isə Hayber-Paxtunxva əyalətində həyatını itirib. Bu əyalətdə daha iki nəfər xəsarət alıb.

NDMA bildirib ki, iyunun 26-dan bəri davam edən musson yağışları nəticəsində ölkə üzrə ölənlərin sayı 72-yə, yaralananların sayı isə 187-yə çatıb.

Qeyd olunub ki, indiyədək 301 yaşayış evi və 198 baş mal-qara zərər görüb. Son 24 saat ərzində isə daha 31 evə və bir baş mal-qaraya ziyan dəyib.

Səlahiyyətli qurumlar yaxın günlərdə ölkənin müxtəlif bölgələrində güclü yağışların davam edəcəyini bildirərək əhalini ehtiyatlı olmağa çağırıblar.