📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

18 aptekdə nöqsan aşkarlandı

2026-06-02 12:13:24

18 aptekdə nöqsan aşkarlandı

Bu ilin may ayında ümumilikdə 56 aptekdə yoxlama aparılıb.

Bu barədə Hurriyyet.info-ya Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yoxlamalardan biri Bakı şəhərində, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 55-i planlı, biri isə plandankənar olub.

Nəticələrə əsasən, 18 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati protokollar tərtib olunub.