📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır

2026-07-19 16:51:32

2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır

17 iyul 2026-cı il tarixində Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndindən keçən hissəsində 1 nəfər batıb.

Hurriyyet.info  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.