📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"28 May" stansiyasında eskalatorlardan biri istismardan çıxarılacaq

2026-07-10 11:34:03

Bakı Metropoliteninin "28 May" stansiyasının I çıxışında yerləşən 3 saylı eskalator planlı texniki təmir və təftiş işləri ilə əlaqədar müvəqqəti istismardan çıxarılacaq.

Bu barədə Hurriyyet.info  "Bakı Metropoliteni"QSC-dən məlumat verilib.

Bildirilib ki, 2012-ci ildən istismarda olan "Victoria FT-935" tipli eskalatorlarda təhlükəsiz və etibarlı istismarın təmin edilməsi məqsədilə növbəlilik prinsipi əsasında planlı texniki xidmət və təmir işləri aparılır.

Qeyd olunub ki, təmir müddətində sərnişinlərin rahat hərəkətini təmin etmək üçün çıxışda qalan üç eskalator fasiləsiz fəaliyyət göstərəcək.

Məlumata görə, təmir işləri iyulun 10–dan avqustun 1-dək davam edəcək.