📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

3 yaşlı qızını girov götürən ata zərərsizləşdirildi

2026-06-06 18:08:22

3 yaşlı qızını girov götürən ata zərərsizləşdirildi

Türkiyənin Ankara şəhərində ailə münaqişəsi faciə ilə nəticələnmək üzrə olub.

Məlumata görə, həyat yoldaşı ilə mübahisə edən kişi 3 yaşlı qızını bıçaqla girov götürərək evin pəncərəsinə çıxıb və ətrafdakılara hədə-qorxu gəlib.

Hadisə yerinə polis qüvvələri cəlb olunub. Keçirilən əməliyyat nəticəsində azyaşlı uşaq xilas edilib, şübhəli şəxs isə zərərsizləşdirilib./Milli.Az