📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“31 qadın müstəntiq vəzifəsinə təyin edilib” - Kamran Əliyev

2023-03-07 11:02:00

“31 qadın müstəntiq vəzifəsinə təyin edilib” - Kamran Əliyev

“Azərbaycanda prokurorluq orqanlarında son 3 ildə 31 qadın müstəntiq vəzifəsinə təyin edilib”.

Hurriyyet.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, test üsulu ilə prokurorluq orqanlarına işə qəbul olunmuş şəxslərin 8 faizindən çoxunu qadınlar təşkil edir:

“Hazırda prokurorluqda rəhbər vəzifədə 9 qadın çalışır. O cümlədən 2 rayonun rayon prokuroru xanımdır.

Məhkəmələrdə dövlət ittihamının müdafiəsi ilə bağlı çalışırıq ki, əsasən xanımları irəli çəkək.

Düşünürəm ki, bu tendensiya müstəqilliyin ilk illərində zəif gedirdi. Lakin son illər prokurorluq orqanlarında bu tendensiya çoxalıb”. (qafqazinfo)