📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"400 min rubl nağd pul"-Rusiya ordusu cinayətkarları pulla cəbhəyə cəlb edir

2026-07-19 15:15:07

Rusiyada müqavilə bağlayaraq hərbi xidmətə və müharibəyə getmək istəyən məhbuslara regional pul müavinətlərinin ödənilməsinə başlanılıb.

Hurriyyet.info xəbər verir ki, indiyədək bu kateqoriyadan olan vətəndaşlara şamil edilməyən bu cür dəstək tədbirləri artıq rəsmiləşdirilir. Məsələn, Rostov vilayətinin yerli hökuməti artıq müvafiq qərar qəbul edib; sənədə əsasən, müqavilə imzalayan məhkumlar birdəfəlik 400 min rubl (təxminən 4500 dollar) məbləğində ödəniş ala bilərlər. Mətndə xüsusi olaraq vurğulanır ki, əgər saziş bu regionun ərazisində imzalanıbsa, sözügedən maliyyə dəstəyi şəxsin vətəndaşlığından asılı olmayaraq hər kəsə şamil olunur. Hazırda Rostov vilayəti məhkumlar üçün bu növ ödənişləri rəsmən təsdiqləyən ölkənin ilk subyektlərindən birinə çevrilib.

Bununla belə, Azərbaycan qanunvericiliyinə əsasən, xarici dövlətin ərazisində muzdluluq və ya silahlı münaqişədə iştirak etməyə görə ciddi cinayət məsuliyyəti nəzərdə tutulub.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114-cü maddəsinə görə, bu cür əməlləri törədən şəxsləri 5 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.